1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İlkin Quliyevin sədrliyi ilə AHK Maliyyə Xidmətləri İşçi Qrupunun iclası keçirilib
15.03.2024

AccessBank-ın Baş ofisində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti iclası keçirilib. İclas ilk dəfə olaraq AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyevin sədrliyi ilə keçirilib. 

Görüşdə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri, Kiçik, orta və korporativ müştərilər üzrə direktoru Cavid Əliyev, AHK Azərbaycanın İdarə Heyətinin sədri Tobias Baumann, Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev iştirak etdilər. 

İşçi Qrupunun görüşünə qonaq qismində qatılan Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət istiqamətləri və güzəştli maliyyə mexanizmləri,elecə də, SİF ilə əməkdaşlıq çərçivəsində AHK Azərbaycan üzvləri üçün mövcud bank xidmətləri və məhsulları müzakirə olundu. 

SİF İdarə Heyətinin sədri Osman Xaliyevçıxışında “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi barədə ətraflı məlumat verdi, bu ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verildiyini, o cümlədən, həmin kreditlərin 10% bəndinin subsdiyalaşdırıldığını vurğuladı.

AccessBank-ın kiçik, orta və korporativ müştərilər üzrə direktoru Cavid Əliyev SİF ilə əməkdaşlıq çərçivəsində AHK Azərbaycan üzvləri üçün mövcud bank xidmətləri və məhsulları barədə məlumat verdi. 

Görüş interaktiv sual-cavab sessiyasi ilə tamamlandı.

Maliyyə Xidmətləri İşçi Qrupu AHK Azərbaycanın AccessBank ilə əməkdaşlıq çərçivəsində 10 dekabr 2019-cu il tarixində yaradılıb.  İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında mövcud problemlərin araşdırılması daxil olmaqla, strateji və operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və nəzarət sahəsinin əsas mövzularına həsr edilmiş təddbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment