1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Dövlət Gömrük Komitəsi arasında görüş keçirilib
15.03.2024

Azərbaycan Sahibkarlar Konfederasiyası Ilə Dövlət Gömrük Komitəsi Arasında Görüş Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyası və Dövlət Gömrük Komitəsi arasında Əməkdaşlıq Şurasının iclası keçirilib. İclasa Dövlət Gömrük Komitəsinin birinci müavini Bəhruz Quliyev və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov həmsədrlik ediblər.

Görüşdə sahibkarlar tərəfindən bəzi məsələlər qaldırılıb. Xüsusən də ƏDV-nin məhsulun realizasiyası zamanı ödənilməsi, AQTA sertifikatı olmadan gömrük rəsmiləşdirilməsi ilə əlaqədar yaranan çətinliklər, qısa idxal bəyannamələri ilə bağlı yüksək cərimələrin əlavə yükə səbəb olduğu qeyd edilib. Həmçinin gömrük rəsmiləşdirilməsi zamanı ekspertiza müddətinin çox vaxt alması, nəticədə yükün sərhəddə ləngiməsi, əlavə logistik və saxlanma kimi xərclərin artmasına səbəb olduğu vurğulanıb. Sahibkarlar hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində ödənilməsi müddətinin 1 ilə uzadılmasını da təklif ediblər.

Dövlət Gömrük Komitəsinin nümayəndələri qaldırılan hər bir məsələyə həssas yanaşaraq, gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı qanun çərçivəsində sahibkarlara dəstək verməyə hazır olduqlarını qeyd ediblər. Eyni zamanda qərara alınıb ki, təkliflər üzrə müzakirələrin aparılması və iqtisadiyyatın inkişafı üçün birgə səyləri gücləndirmək məqsədilə işçi qrupu yaradılsın.

Müzakirələr zamanı İkitərəfli Əməkdaşlıq Şurasının rübdə bir dəfə görüşməsi də məqbul hesab edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment