1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Uşaq cərrahlarının növbəti aylıq elmi toplantısı Mərkəzi Gömrük Hospitalında həyata keçirilib
15.03.2024

14 mart 2024-cü il tarixində uşaq cərrahlarının növbəti aylıq elmi toplantısı Mərkəzi Gömrük Hospitalında həyata keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov, uşaq cərrahı Toğrul Piriyev, o cümlədən müxtəlif tibb müəssisələrində uşaq cərrahiyyəsi üzrə ixtisaslaşan rezidentlər və onların kuratorları iştirak edib. 

Elmi toplantını giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev kurator və rezidentləri salamlayıb. O, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssislərarası təcrübə mübadiləsinin təşkil edilməsi istiqamətində olan elmi fəaliyyətləri barədə geniş məlumat verib və bu istiqamətdə olan əməkdaşlıqlara daim dəstək olmağa hazır olduğunu qeyd edib.

Daha sonra Ege Hospitalın uşaq cərrahı, t.ü.f.d., dosent Allahverdi Musayev “Nekrotik pnevmoniya”, Mərkəzi Klinikanın uşaq cərrahı, t.ü.f.d. Fuad Hüseynov “Ağciyərin kistik xəstəliyi” və Nizami Tibb Mərkəzinin uzman uşaq cərrahı Cavid Nağıyev “Böyrək çıxışı darlığı səbəbilə ağırlaşmış xəstənin cərrahi müalicəsi” mövzularında təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar.

Elmi toplantı zamanı aktiv müzakirələr həyata keçirilib. Sonda toplantı iştirakçıları Mərkəzi Gömrük Hospitalında tədbirin yüksək səviyyədə təşkilinə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür ediblər.Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment