1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ucarda sahibkarlarla görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb
14.03.2024

Mərkəzi Aran iqtisadi rayonu üzrə sayca 5-ci, ölkə üzrə isə 48-ci KOB dostu ofisi Ucarda fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ucar rayonunda bölgədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə80-ə yaxın sahibkar və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov vəUcar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri, rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat veriblər.KOBİA-nın dəstək və xidmətləri, eləcə də KOB dostu mexanizmi barədəməlumat da sahibkarların diqqətinə çatdırılıb, Ucar rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinətəqdim edilib. Qeyd olunub ki, Ucar KOB dostu ofisi Mərkəzi Aran iqtisadi rayonu üzrə sayca 5-ci, ölkə üzrə isə 48-ci KOB dostu ofisidir. KOB dostu regionda sahibkarlığın inkişafına, biznesin ehtiyacı olan dəstəyin yerində təmin olunmasına və çətinliklərinin operativ həllinə dəstək olacaq. Ucarda KOB dostunun fəaliyyətə başlaması rayonda yeni KOB subyektlərinin və bizneslərin yaranmasına öz töhfəsini verəcəkdir. 

Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə video çarxlar nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonra tədbir iştirakçıları Ucar Gənclər Evində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment