1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim ümumi cərrah Bəxtiyar Musayev
14.03.2024

Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim ümumi cərrah Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Video . 

DR.BƏXTİYAR MUSAYEV ümumi cərrahiyyə və qastroenterologiya sahəsində, o cümlədən qaraciyər, öd kisəsi və öd axarları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri üzrə təcrübəli mütəxəssis olaraq qarın boşluğu üzvləri üzərində bütün növ açıq və laparoskopik əməliyyatları həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://youtu.be/emAz-rZli44

Dr.Bəxtiyar Musayev 1982-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1982-1983-cü illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanada cərrahiyyə üzrə internatura təhsilini almışdır. 2012-ci və 2017-ci illərdə ümumi cərrahiyyə üzrə təkmilləşmə kursu keçmişdir. 1990-cı ildə namizədlik, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

Bəxtiyar həkim 1984-1989-cu illərdə Respublika Elmlər Akademiyasının Elmi Tədqiqat Fiziologiya İnstitutu nəzdində akademik Böyükkişi Ağayevin təşəbbüsü ilə yaradılmış biliar sistemin fiziologiyası və cərrahiyyəsi üzrə akademik qrupun əvvəl kiçik, sonra isə böyük elmi işçisi vəzifəsində işləyib. 1989-2000-ci illərdə yeni yaradılmış ET Qastroenterologiya İnstitutunda öz işini davam etmişdir.

Eyni zamanda 1984-2018-ci illərdə 5 saylı kliniki xəstəxanada cərrah, o cümlədən 2000-2011-ci illərdə həmin xəstəxanada cərrahiyyə şöbəsinin müdiri vəzifəsində, 2004-2016-cı illərdə bir neçə özəl tibb müəssisəsində baş həkim vəzifəsində çalışıb. 2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və müalicə işləri üzrə rəis müavini, 2022-ci ilin dekabr ayından Gömrük Hospitalının Baş həkim vəzifəsini müvəqqətti icra etmiş, 16 mart 2023-cü il tarixindən etibarən isə Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim vəzifəsində, eləcə də ümumi cərrah kimi fəaliyyət göstərir.   

Dr.Bəxtiyar Musayev daim öz üzərində çalışan cərrahdır, dünya tibb aləmində baş verən hadisələri izləyir, tibbin nailiyyətlərini öyrənir və işini müasir texnologiyalara əsaslanaraq qurur. B. Musayev öz işlədiyi dövrdə ölkəmizdə və xaricdə keçirilən onlarla konfrans, simpozium və konqreslərdə iştirak edir. O, 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində “Ərəb-Sağlamlıq-2019” tibb sərgisində, eyni ildə Türkiyənin İstanbul şəhərində Florence Nightingale Xəstəxanalar Qrupunda xəstəxana işinin təşkili, infeksion nəzarət sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq çərçivəsində təkmilləşdirmə kursunda, 2023-cü ilin fevral ayında Türkiyənin Antalya şəhərində “Dezinfeksiya, Antiseptika və sterilizasiya” üzrə praktiki kursda, 2023-cü ilin noyabr ayında Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində keçirilən “MEDİCA 2023” Beynəlxalq Tibbi Sərgisində iştirak edib. 

Bəxtiyar həkim 50-dən yuxarı elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 3 metodik tövsiyənin müəllifidir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment