1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sumqayıtda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi yaradılıb
11.03.2024

Sumqayıtda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi yaradılıb 

Mərkəzdə həssas sosial qruplara aid şəxslərin özünüməşğulluğuna və sahibkarlıq fəaliyyətinə başlamasına dəstək üçün dərzi peşəsi üzrə peşə və biznes bilikləri öyrədiləcək. 

Sumqayıt şəhərində Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə həssas sosial qruplara aid şəxslərə ilkin mərhələdə dərzi peşəsi üzrə peşə bilikləri öyrədiləcək, eyni zamanda tekstil məhsulları istehsal olunacaq. Əmək bazarının tələblərinə uyğun olaraq mərkəzdə tədris olunacaq peşələrin sayının artırılması nəzərdə tutulur. 

Mərkəz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, “Azərsu” ASC, “Azərmaş” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC, “Ekvita”, Bakı Tekstil Fabriki və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin dəstəyi ilə yaradılıb.  

Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin dərzi peşəsi üzrə biliklərə yiyələnmələri üçün mərkəzdə lazımi şərait yaradılıb, müvafiq avadanlıqlarla təmin edilib. Mərkəzdə peşə biliklərinə yiyələnən şəxslərə mikro biznesə başlamaq üçün təlim, məsləhət və mentor dəstəyi də göstəriləcək. Peşə və biznes təlimlərini uğurla başa vuracaq sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslər sonrakı mərhələdə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin edilmələri üçün aidiyyəti qurumlarla əlaqələndiriləcək. Həmçinin, layihənin tərəfdaşları tərəfindən iştirakçılara biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək. Peşə təlimlərini uğurla başa vuran şəxslərin həmçinin mərkəzdə işləmək imkanı da var.  

Qeyd edək ki, Sumqayıt şəhərində yaradılmış Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi sayca ikincidir. Bundan əvvəl müvafiq mərkəz Masallıda yaradılıb və uğurla fəaliyyətini davam etdirir. Mərkəzlərin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olmaqdır. Ölkənin digər şəhər və rayonlarında da belə mərkəzlərin yaradılması nəzərdə tutulur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment