1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib
07.03.2024

7 mart 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev və qadın əməkdaşlar iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım qadınların simasında bütün xanım əməkdaşları, o cümlədən Azərbaycan xanımlarını təbrik edib, onlara səadət dolu günlər arzulayıb. Rəis müavini Şahlar Mirqasım çıxışında qeyd edib ki, cəmiyyətimizdə qadına olan qayğı və hörmət xalqımızın minillər boyu formalaşan milli-mənəvi, əxlaqi dəyərlərindən irəli gəlir.

Ümummilli liderin mükəmməl dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir, Azərbaycan qadını bütün dövlət qurumlarında uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni proseslərdə fəal iştirak edirlər.

Şahlar Mirqasım çıxışında qeyd edib: “Qadın anadır, qadın həyat boyu yoldaşımızdır. Hər bir atanın da ən sevimli övladları da məhz qız uşaqlarıdır. Allah-Təala qadını o qədər şərəfli hesab edib ki, müqəddəs kitabımız olan Qurani-Kərimdə də qadınlara həsr olunmuş Nisa surəsi öz yerini tapmışdır. Biz kişilər də, hər zaman qadınlara böyük hörmətlə yanaşır, onlara yüksək dəyər veririk. Bugün də olduğu kimi, hər bir gününüzün xoş əhvali-ruhiyyə ilə keçməsini arzulayıram”.

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev çıxış edərək Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının qadın kollektivini təbrik edərək səhiyyə, tibb sahəsində işləyən qadınlardan danışıb. Bəxtiyar Musayev qeyd edib: “Cəmiyyətdə, ailədə qadınların rolu, xidməti böyükdür, amma səhiyyədə işləyən qadınların üzərinə düşən vəzifə ikiqat çoxdur. Təbii ki, hər sahədə fəaliyyət göstərən - istər riyaziyyatçı, istər inşaatçı, istərsə də müəllim olsun, peşəkar mütəxəssis olmalıdır. Amma eyni zamanda xəstəxanada qadın tibb personalında peşəkarlıqdan başqa digər bir xüsusiyyət olmalıdır ki, ağrı çəkən, əziyyət çəkən xəstələr və ya əməliyyatdan çıxmış xəstə onlardan qadın, ana, həyat yoldaşı, bacı kimi bir münasibət, qayğı, şəfqət gözləyir. Buna müvəffəq olanda, müalicə prosesi də sürətlə gedir, yara da tez sağalır, xəstə də tez ayağa qalxır. Mən bu gözəl gündə bütün xanımları, Hospitalımızda işləyən xanımlarımızı ürəkdən təbrik edir, onlara bu ikiqat məsuliyyətli işlərində uğurlar arzulayıram”.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, t.e.d.,  Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov çıxış edərək deyib: “Demokratik Azərbaycan Respublikası hələ 100 il bundan əvvəl qurulduğu dövrdə, əcdadlarımızın milli davranışından irəli gələn dəyərlərdir ki, hətta Avropa ölkələrində çoxlarını heyrətləndirən hadisə - qadına seçmək və seçilmək hüququnun məhz Azərbaycanda verilməsi olmuşdur. Bu, tarixən bizim qadınlara, analara olan münasibətin  ən gözəl təzahürüdür. Bizə babalarımızdan bir miras qalıb: qadının həyatımızın hər bir sahəsində rolu bizim üçün əvəzedilməzdir. Cəmiyyətdə, ailədə qadına verilən dəyər yüksəkdir. Qadının yaşatdığı ab-hava, onun ətrafdakılara verdiyi enerji cəmiyyəti, ailəni xoşbəxt edə bilər. 

Bu gün hər birimiz bunun şahidləriyik ki, Azərbaycan qadınları bütün dövrlərdə olduğu kimi, müharibə dövründə də inanılmaz şəkildə öz canından, qanından olan balasını torpağa tapşırarkən də “Vətən sağ olsun”, - deyə bilən məğrur analardır. Mən fürsətdən istifadə edib təbriklərə qoşuluram. Səadətiniz, sevinciniz heç vaxt tükənməsin, əziz qadınlar!”

Daha sonra tədbirdə Mərkəzi Gömrük Hospitalının kişi əməkdaşlarının təbrik çarxı nümayiş edilib. Tədbir zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının böyük tibb bacısı Nigar Maqsudova da təbrik nitqi ilə çıxış edərək xoş arzu və niyyətlərini dilə gətiriblər.

Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyi tərəfindən göndərilmiş gül dəstələri və hədiyyələr tədbirdə iştirak edən qadın kollektivə və bütün qadın əməkdaşlarına təqdim edilib, tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment