1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank-da qanvermə aksiyası keçirildi
14.02.2024

Hər zaman müxtəlif sosial aksiyalara dəstək göstərən Kapital Bank-da qanvermə aksiyası keçirib. “Qan ver, həyat qurtar” şüarı altında keçirilən qanvermə aksiyası Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyivə Mərkəzi Qan Bankının dəstəyi ilə baş tutub. 

Mərkəzi Qan Bankının mobil işçi qrupunun həkim-hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynovunda iştitak etdiyi aksiyaya 100-dən çox bank əməkdaşı qoşulub. Qeyd edək ki, bu kimi qanvermə aksiyaları Kapital Bank-da artıq ənənə halını alıb. 

Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. Xatırladaq ki, hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 3000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insan var ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment