1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Səudiyyə Ərəbistanı ilə investisiya, birgə layihələr və ixrac sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
29.01.2024

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkədə həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı, qida məhsullarının Səudiyyə Ərəbistanına ixracı, alternativ enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkənin Dövlət İnvestisiya Fondunun rəhbərinin müavini və Beynəlxalq İnvestisiyalar üzrə Baş İdarənin rəisi Turqi Al-Novaizer ilə görüş keçirilib. Görüşdə Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsində reallaşdırılan  layihələr, SOCAR-ın və Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti, Azərbaycanın bir neçə ölkə ilə birgə yaratdığı investisiya fondları təcrübəsi və s. haqqında məlumat verilib. Ölkələrimizin müvafiq qurumları arasında səmərəli enerji tərəfdaşlığı qeyd edilib. Tərəflər müxtəlif istiqamətlər üzrə investisiya əməkdaşlığını, o cümlədən  Dövlət İnvestisiya Fondu və onun törəmə şirkətləri tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən layihələrdə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər, bununla bağlı yol xəritəsinin hazırlanmasına dair razılıq əldə olunub.    

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi International for Investment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl-Dəxil ilə görüşdə Səudiyyə Ərəbistanında həyata keçirilən layihələrdə, o cümlədən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı imkanları qeyd olunub. Tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının bu ölkədəki layihələrdə Azərbaycan şirkətlərinin iştirakına dəstəyi, eləcə də ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq və digər məsələlər barədə müzakirələr aparıblar.

“ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşdə ölkəmizlə dəniz suyunun duzsuzlaşdırılması, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, “yaşıl” hidrogen istehsalı kimi istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment