1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Effektiv iş mühitinin formalaşmasında ünsiyyət və vaxtın idarə edilməsinin əhəmiyyəti” mövzusunda maarifləndirici təlim keçirilib
25.01.2024

24 yanvar 2024-cü ildə Mərkəzi Gömrük Hospitalında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə “Effektiv iş mühitinin formalaşmasında ünsiyyət və vaxtın idarə edilməsinin əhəmiyyəti” mövzusunda maarifləndirici təlim keçirilib. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev təlim iştirakçılarını salamlayaraq, müxtəlif mövzularda keçiriləcək təlimlərin işin təşkilində və mühitinin formalaşmasında, eləcə də əməkdaşların işgüzarlığının artırılmasında əhəmiyyətdən danışıb. 

Təlim Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin moderatorluğu ilə keçirilib. İlk öncə Mərkəzi Gömrük Hospitalının Marketinq və Planlaşdırma şöbəsinin PR üzrə mütəxəssisi Dilarə Zamanova “Vaxtın İdarə edilməsi” mövzusunda, Poliklinika şöbəsinin böyük tibb bacısı Nigar Maqsudova “İnsanları tanıma sənəti” və uzman psixoloq Mahirə Pənahlı “İş mühitində effektiv ünsiyyət” mövzularında təlimlər aparıblar. Təlimdə vaxtın düzgün və səmərəli idarə edilməsinin qaydaları və iş prosesində tətbiqinin işgüzarlığa göstərdiyi müsbət təsirləri, insanları tanıma prinsinpləri, ünsiyyətin növləri və digər mövzularda ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında geniş müzakirələr aparılıb. Təlim xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment