1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Ağıllı kənd təsərrüfatı” mövzusunda beynəlxalq ixtisasartırma kursuna dair elan
25.01.2024

“Ağıllı kənd təsərrüfatı” mövzusunda beynəlxalq ixtisasartırma kursuna dair elan 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı ("Partnering in Business with Germany") çərçivəsində 2024-cü il üçün növbəti

MÜSABİQƏ ELAN EDİR

Mövzu: “Ağıllı kənd təsərrüfatı”   

Proqramın dili: rus dili

Proqram sahibkarlar, özəl və dövlət şirkətlərinin mütəxəssis və menecerləri üçün nəzərdə tutulur. Proqramın müddəti 7 aydır və aşağıdakı mərhələlərdən ibarətdir:

- Onlayn təlim mərhələsi: 6 həftə; 

- Almaniyada təlim və təcrübə: 2 həftə;

- Praktiki icra mərhələsi: 5 ay;

- Şəbəkələşmə tədbiri: 2 gün.

Təlimi uğurla başa vuranlara Almaniya tərəfinin müvafiq sertifikatı təqdim edilir.

Müsabiqədə iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri KOBİA-nın training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə “Ağıllı kənd təsərrüfatı” mövzusunda beynəlxalq ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:

- Müraciət forması (Application Form);

- Proqramda iştirakla bağlı şirkət rəhbərliyinin tövsiyə məktubu;

Əlavə məlumatı bu linkdən əldə etmək olar:  https://bit.ly/3U8tVsF

Sənəd qəbulu 10 fevral 2024-cü il tarixinədək davam edəcək.

Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01 / (+994 55) 200 04 57, training@smb.gov.az

Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq KOBİA və GİZ tərəfindən birgə həyata keçirilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment