1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Xizək fristaylının moqul növünün Azərbaycanda inkişafı müzakirə olunub
24.01.2024

Qış idmanının inkişafı və xizək fristaylının moqul növünün Azərbaycanda təbliği məsələləri yanvarın 24-də Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevlə Yaponiyanın moqul mütəxəssisi Jiro Miyamotonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə Azərbaycanda qış idman növlərinin inkişafına xüsusi diqqət ayrıldığını qeyd edən Fuad Nağıyev Dövlət Turizm  Agentliyinin tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzinin Beynəlxalq Xizək Federasiyası tərəfindən Dağ Xizəyinin "Slalom", "Giqant Slalom" və "Super-G" növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün sertifikat əldə etdiyini diqqətə çatdırıb.

Fuad Nağıyev “Şahdağ” Turizm Mərkəzində beynəlxalq səviyyədə moqul yarışlarının təşkili üçün lazımi infrastrukturun mövcud olduğunu və “Şahdağ”ın  bu formatlı yarışları keçirtmək hüququ əldə etməsi üçün qarşılıqlı əməkdaşlığa  hazır olduğunu bildirib.

2023-cü ildə "Şahdağ” Turizm Mərkəzində həm xizək həvəskarları, həm də təlimçilər üçün moqul üzrə master-klasların keçirildiyini bildirən Jiro Miyamoto Azərbaycanda bu idman növünün tanıdılması, xizəkçilər arasında marağın artırırılması istiqamətində öz dəstəyini göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Xizək fristaylının moqul növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrobatika, ski-cross, xafpayp, sloupestayl və big air kimi növləri də mövcuddur. Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə ötən il “Şahdağ” Turizm Mərkəzində xizək idmanı ilə məşğul olanlar üçün xizək fristaylının moqul növü üzrə ilk master-klass təşkil edilib.

Qeyd edək ki, 27-28 yanvar tarixlərində “Şahdağ” Turizm Mərkəzində Yaponiya səfirliyinin dəstəyi ilə  xizək fristaylının moqul növü üzrə növbəti master-klas təşkil ediləcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment