1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda CANSO-nun himayəsi altında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin aeronaviqasiya strukturlarının ilk sammiti keçirilir
24.01.2024

23-25 yanvar tarixlərində Bakıda CANSO-nun himayəsi altında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir. Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə təşkilatçılığı ilə baş tutur.

CANSO aeronaviqasiya xidməti təminatçılarını birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycan 2005-ci ildən bu təşkilatın üzvüdür.

Yanvarın 24-də keçirilən görüşdə CANSO-nun baş direktoru Saymon Hokard, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Enver İskurt, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayev, həmçinin aviasiya qurumları və aeronaviqasiya xidmətlərinin rəhbərləri çıxış ediblər.

Sammitdə regionda hava hərəkətinin inkişafı və idarə olunması məsələləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq uçuşların təhlükəsizliyinə və birgə fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş müvafiq qərarlar qəbul edilib.

Aeronaviqasiya xidməti təminatçıları aviasiya sənayesinin əsas iştirakçılarıdır. Onlar uçuşların təhlükəsizliyinin təmin edilməsinə, regionda hava nəqliyyatı dəhlizlərinin inkişafına və ölkələrin hava məkanı vasitəsilə tranzit axınının təşkilinə görə cavabdehdir. Həmçinin provayderlər qlobal aviadaşımalar zəncirinin təmin edilməsi, uçuşların səmərəliliyinin artırılması, davamlı inkişaf konsepsiyasının dəstəklənməsi və ətraf mühitə təsirin azaldılmasına şərait yaradır.

Sammit proqramı çərçivəsində iştirakçıların “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) fəaliyyəti, o cümlədən yeni texnologiyalar və regionda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi tədbirləri ilə tanışlığı nəzərdə tutulub.

Qeyd edək ki, digər ölkələrin aviaşirkətləri yüksək keyfiyyətli xidmət və Avropa ilə Asiya arasında mühüm hava marşrutlarının kəsişməsi səbəbindən Azərbaycanın hava məkanına böyük maraq göstərir. Belə ki, ölkə ərazisi üzərindən tranzit uçuşların sayı orta hesabla ayda 15 min təşkil edərək sürətlə artmağa davam edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment