1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Amerika Ürək Assosiasiyasının rəsmi PALS təlimi öz işinə başlayıb
24.01.2024

23 yanvar 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında pediatr, neonatoloq, təcili yardım həkimləri, orta tibb işçiləri üçün Amerika Ürək Assosiasiyasının rəsmi PALS təlimi öz işinə başlayıb. Təlimin açılış hissəsində Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov 2 gün davam edəcək təlimin proqramı barədə çıxış edərək bildirib ki, PALS Amerika Ürək Assosiasiyasının rəsmi, dünyada tanınan təlimidir. 

Dr. Nabil Seyidov bildirib: “2024-cü ildə bir neçə təlimin keçirilməsi nəzərdə tutulub. Növbəti təlim 2024-cü ilin fevral ayında olacaqdır. Təlimdə həm təcili tibbi yardım xidməti, həm Mama-ginekologiya şöbəsinin, həm Pediatriya və Neonatologiya şöbəsinin tibb heyəti iştirak edir. Nəzərə alsaq ki, Mərkəzi Gömrük Hospitalının nəzdində Ana və Uşaq Mərkəzinin yaradılması nəzərdə tutulur, yenidoğulan və uşaqların sağlamlığının təkmilləşdirilməsi üçün tibbi personalın məhz müasir beynəlxalq standartlara cavab verməsini davamlı olaraq təmin edirik. Nəzəri biliklərlə yanaşı, təlimdə Xüsusi manekenlər üzərində bacarıqların mənimsənilməsi təmin olunur və xüsusi interaktiv kompüter simulyasiya proqramı vasitəsilə komanda olaraq ağır klinik durumda olan uşaqlara təkmil tibbi yardımın göstərilməsi həyata keçirilir”.

Daha sonra Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev  uşaqlara və yenidoğulanlara tibbi xidmətin keyfiyyətini təmin etmək, beynəlxalq standartlara uyğun olaraq uşaqlara göstərilən qayğını təkmilləşdirilmək, ağırlaşmaların qarşısını almaq məqsədilə PALS təlimində pediatrlarla yanaşı bütün ixtisaslardan olan həkimlərin iştirakının vacib olduğunu vurğulayıb.  

Təcili Tibbi Yardım şöbəsinin rəisi, təcili tibbi yardım həkimi Fizuli Abışov çıxış edərək  2020-ci ildə yenilənmiş protokolları, pediatrik tibbi yardım sahəsində baş vermiş yenilikləri mənimsəmək, yeni bacarıqları mənimsəmək üçün PALS təliminin əhəmiyyətli olduğunu bildirib. 

Təlimdə uşaqlarda müxtəlif klinik halların idarə olunması, bütün növ respirator, kardioloji və şok hallarının menecmenti, o cümlədən ürəyin ritm pozuntuları, septik halların idarə olunması müzakirə edilir. Təlimdə intubasiya, manual və avtomatlaşdırılmış defibrilyatorun istifadəsi, sümükdaxili çıxışın əldə olunması ilə bağlı praktik məşğələlər keçiriləcəkdir.  Təlimin sonunda iştirakçıların  nəzəri bilikləri və praktik bacarıqlarının yoxlanılması məqsədilə yazılı və praktik imtahan keçiriləcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment