1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ABA-nın eksperti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” İşçi qrupunun ilk iclasında iştirak edib
18.12.2023

15 dekabr 2023-cü il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın (Azranking.az) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” İşçi qrupunun hibrid formatda ilk iclası keçirilib.

İclasda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, İşçi qrupun rəhbərliyi, İqtisadiyyat, Maliyyə və Ədliyyə nazirlikləri, Bakı Apellyasiya Məhkəməsi və digər dövlət orqanlarının (qurumlarının) məsul şəxsləri, universitetlərin, hüquq şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də vəkillər və mülki hüquq sahəsinin ekspertləri iştirak ediblər. Eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev də iclasa onlayn qoşulub.

İclası giriş sözü ilə açan Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, ölkəmizdə iqtisadi sahədə münasibətləri, o cümlədən biznes fəaliyyətini tənzimləyən başlıca və ən əsas qanunvericilik aktı olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi ölkədə biznes mühitinin və bir sıra beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.

Daha sonra iclasa rəhbərlik edən İşçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov Azərbaycan Respublikası Mülki Məcəlləsinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsinin ölkəmizdə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və bu sahədə mütərəqqi tənzimləmənin təmin edilməsi istiqamətində atılan mühüm addımlardan olduğunu vurğulayıb.

“İclasın gedişatında iştirakçılar tərəfindən işçi qrupun 2024-cü il üzrə fəaliyyət planı müzakirə edilib və həmin ildə ilkin olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi üzrə konsepsiya sənədinin hazırlanması razılaşdırılıb”.

Qeyd edək ki, İşçi qrup Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment