1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“2023-cü il üzrə Avrasiya Həftəsi”ndə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib
15.12.2023

“2023-cü il üzrə Avrasiya Həftəsi” çərçivəsində keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Fransanın paytaxtı Parisdə keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “2023-cü il üzrə Avrasiya Həftəsi” çərçivəsində panel müzakirələr təşkil olunub. “Dayanıqlılıq və Bərpa: Müharibə və pandemiyanın sarsıntılarının aradan qaldırılması”, “Avrasiyanı əlaqələndirmək: Ticarət və nəqliyyat” mövzularında keçirilən panel sessiyalarda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın da iştirak etdiyi tədbirdə mürəkkəb qlobal iqtisadi fonda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən institusional islahatlar, biznesə çoxtərəfli dəstək mexanizmləri, meqa nəqliyyat və enerji layihələri nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf edərək şaxələndiyi, biznes mühitinin daha da yaxşılaşdığı, rəqəmsal transformasiya və iqtisadiyyatın innovasiya yönümlülüyünün, maliyyə sabitliyinin daha da gücləndiyi qeyd olunub.

Panel sessiyalarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışılıb, dövlət başçısı tərəfindən bu ərazinin “yaşıl” enerji zonası elan edildiyi vurğulanıb.

“2023-cü il üzrə Avrasiya Həftəsi” çərçivəsində keçirilən OECD-nin Rəqabətqabiliyyətlilik Proqramının Rəhbərlər Komitəsinin iclasında pandemiya və müharibə şoklarına qalib gəlmək üçün dözümlülük və bərpa, Avrasiyada biznes mühiti və islahatlar, aşağı karbona keçid, dayanıqlı infrastruktur üzrə strateji çərçivələr və digər mövzularda müzakirələr aparılıb.

Tədbirdə ölkəmizlə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının səmərəli əməkdaşlığı vurğulanıb. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi qərarına istinad edilərək ölkəmizə dəstək verən ölkələrə təşəkkür ifadə olunub və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri tədbirdə fəal iştiraka dəvət edilib.

Qeyd: “Avrasiya Həftəsi” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı (Eurasia Competitiveness Programme) çərçivəsində hər il təşkil olunan yüksək səviyyəli tədbirdir. Tədbirdə Avrasiya regionu üzrə ümumi problemlərin müzakirəsi təşkil olunur və ən yaxşı təcrübələrin mübadiləsi həyata keçirilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment