1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Tikinti sektorunun inkişafında qadınların rolu müzakirə edilib
14.12.2023

“Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda konfransda tikinti sektorunda qadınların fəaliyyətinin genişləndirilməsinə, qadınların sahibkarlıq fəaliyyətinə təşviqinə, dövlət-özəl əməkdaşlığı çərçivəsində dəstək tədbirlərinə dair fikir mübadiləsi aparılıb. 

Dünya Bankı Qrupunun "Business Ready" hesabatında tikinti sektorunda çalışan qadınların və bu sahədə fəaliyyət göstərən qadın sahibkarların azlıq təşkil etməsi qeyd edilir. Bu və digər bu kimi beynəlxalq hesabatlarda müvafiq göstərici üzrə ölkəmizin mövqeyinin yaxşılaşdırılması, eləcə də qadınların tikinti sektorunda biznes fəaliyyətinə təşviq olunması və bu sahədə çalışan sahibkar qadınların fəallığının artırılması üçün sorğuların və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

Bu istiqamətdə görülən tədbirlər çərçivəsində dekabrın 13-də “Bakı KOB evi”ndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda Konfrans keçirilib.  

Qadınların tikinti sektorunda biznes fəaliyyətinə təşviq olunması, inkişaf problemlərini araşdırmaqla müvafiq tədbirlərin görülməsi məqsədilə təşkil olunan konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının, ali təhsil müəssisələrinin, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova çıxış ediblər. Çıxışçılar ölkəmizin sosial-iqtisadi inkişafında qadınların rolu, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri, qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, biznesdə, xüsusilə də tikinti sektorunda qadınların aktivliyinin artırılması, onların işgüzar əlaqələrinin genişləndirilməsi, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində həyata keçirilən birgə layihələr barədə məlumat veriblər.

Konfrans qadınların tikinti sektorunda biznes biliklərinin və bacarıqlarının artırılması üçün birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment