|
|
|
Valyuta birjası | | | BEST sistemində ticarətin yekunları (07.02.2013) |
08.02.2013 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) fevralın 7-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7834 AZN-ə bərabər olmuşdur.
Elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7834 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7834 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 4.787.280 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7834 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 6.100.000 dollar, yaxud 4.787.280 AZN təşkil etmişdir.
USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD-TOD və EUR/USD-TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,00 faiz, ABŞ dolları üzrə isə 11,86 faiz təşkil etmişdir.
Fevralın 7-də banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.
|
|
|
|