Baki, Finance Time. Joint Leasing Company 2012-ci ili yüksək göstəricilərlə yekunlaşdırıb. İlin nəticələrinin təhlili göstərir ki, Joint Leasing əsas göstəriciləri üzrə yüksək nailiyyətlər əldə etmiş və sabit inkişaf tempini davam etdirmişdir, şirkətin fəaliyyətinin bütün istiqamətlərində artım müşahidə olunub. 2012-ci il ərzində şirkət məcmu kapitalını və lizinq portfelini, həmçinin lizinqə verilən avadanlığın həcmini artırıb. Joint Leasing şirkətinin 2012-ci ildə portfeli 35 mln. manatı ötmüşdür və şirkət il ərzində əsas göstəricilərə görə ölkənin lizinq bazarında lider mövqeyini qoruyub saxlamışdır.
Bu dinamik inkişafın və yüksək göstəricilərin nəticəsi olaraq, Joint Leasing şirkətinin 2012-ci ildə lizinq sahəsində əldə etdiyi uğurlar biznes ictimaiyyəti tərəfindən də layiqincə dəyərləndirilmişdir. Dinamik inkişaf templəri və lizinq bazarında lider mövqeyini əsas götürülərək Joint Leasing Company nüfuzlu “Biznes Time “ jurnalı tərəfindən “İlin Lizinq Şirkəti” nominasiyasında “Azeri Biznes Award” milli mükafatına layiq görülmüşdür.
2012-ci il 31 dekabr tarixinə şirkətin lizinq portfeli 35,312 mln. manat təşkil etmişdir. Şirkətin maliyyələşdirdiyi lizinq müqavilələrinin ümumi sayı 520-ə çatmışdır.
Hesabat ilində Joint Leasing Company lizinq şərtlərini lizinqalanlar üçün daha da cəlbedici etmək məqsədi ilə lizinq üzrə faiz dərəcəsini endirdi. Yeni şərtlərə əsasən, ilkin ödənişi 30%-dən çox olan müştərilər üçün lizinq üzrə faiz dərəcələri 17%-dən başlayaraq verilir.
“Joint Lizinq” şirkətinin qabaqcıl mövqeləri lizinq portfelinin iqtisadiyyatın sektorları üzrə diversifikasiyasında da əks olunmuşdur. Belə ki, şirkət tərəfindən nəqliyyat, yüngül sənaye, tikinti, yeyinti məhsullarının istehsalı, səhiyyə, xidmət və ticarət, bank sektoru və kənd təsərrüfatı sahələrinə vəsaitlər yatırılmışdır. Lizinq portfelinin 40% tikinti sektorunun, 33% nəqliyyatın, 20% istehsalın və 7% isə digər sahələrin payına düşmüşdür.
Joint Leasing ölkə iqtisadiyyatının inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsini, lizinqalanlara yüksək xidmət göstərmək və əldə olunmuş nailiyyətlərini gələcəkdə də davam etdirmək, niyyətindədir.
Joint Leasing şirkətinin sabit inkişafı mütəxəssislər komandasının peşəkar səyi və biznesin effektiv idarə olunması sayəsində mümkün olmuşdur.
Joint Leasing şirkətinin əldə etdiyi uğurlarında güclü və təcrübəli səhmdarlarının - Azərbaycan Beynəlxalq Bankının (ABB) və Böyük Britaniyanın Dolphin Leasing LTD-nin əhəmiyyətli payı var. Ölkənin lider bankı olan ABB-nin maliyyə dəstəyi və peşəkarlığı, Dolphin şirkətinin zəngin beynəlxalq təcrübəsi Joint Leasing-in 2012-ci ildə də əldə etdiyi nailiyyətlərinin əsasını təşkil edir.
Azərbaycanın ən böyük lizinq şirkəti - Joint Lizinq Company 2007-ci il 14 iyun tarixindən etibarən “Azərlizinq” şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərməyə başlamışdır. Joint Lizinq Company QSC-nin təsisçiləri Böyük Britaniyanın “DH Leasing LTD” şirkəti (52,4%) və “Azərbaycan Beynəlxalq Bankıdır” (47,6%). Joint Lizinq Company şirkətinin sələfi, Azərbaycanın ilk lizinq şirkəti olan “Azərilizinq” Birgə Müəssisəsi 1999-cu ildə yaradılmışdır.