1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti Korporativ Sosial Məsuliyyət çərçivəsində həyata keçirilən “Güvənli Gələcək” layihəsi...
01.10.2021

Yarandığı ilk gündən etibarən Korporativ Sosial Məsuliyyətə önəm verən PAŞA Sığorta şirkəti PAŞA Holdinq və “Стоп Угроза” beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi “GİD CSR Consulting” şirkəti ilə birgə bir müddət əvvəl start verdiyi “Güvənli Gələcək” layihəsinin icrasına uğurla davam edir. 

Layihənin başlıca məqsədi paytaxt və bölgələrimizdə fəaliyyət göstərən uşaq evləri, qadın və uşaq sığınacaqları və aztəminatlı ailələrin uşaqları üçün təhlükəsizlik üzrə təlimlərin həyata keçirilməsi və maarifləndirmələrin aparılmasıdır. Belə ki, layihə boyunca 2021-ci ilin fevral-sentyabr ayları ərzində 6-14 yaş aralığında ümumi 326 uşağın iştirakı ilə 14 fərqli mərkəzdə təlim proqramları həyata keçirilib. 

Layihə mərçivəsində 10 sentyabr tarixində Goranboy Rayon Ailə Dəstək Mərkəzində məskunlaşmış 6-10 yaş aralığındakı 43 uşağa “5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar?” və “Bullinqə son!” mövzularında təlimlər həyata keçirilmişdir. Eyni mövzuları əhatə edən təlim 17 sentyabr tarixində Zaqatala Rayon Ailə Dəstək Mərkəzində  8-12 yaş aralığında olan 54 uşağın iştirakı ilə reallaşdırılmışdır. 

“Bullinqə son!” adlı təlimdə uşaqlara zərərli hərəkətləri necə anlamaq, cinayətkarları ayırd etmək, vəziyyətdən asılı olaraq mənəvi müqavimətin ən təsirli yollarını necə tapmaq, gizli manipulyasiyaları görmək və onlara qarşı mübarizə aparmaq barədə  ətraflı məlumatlar verilmişdir.

“5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar? ” adlı təlimdə isə uşaqlara şəxsi təhlükəsizliklərini necə qoruya biləcəkləri barədə maarifləndirici bilgilər verilmişdir. Əlavə olaraq, təlim boyunca qeyd edilən məlumatların daha yaxşı qavranılması üçün daim uşaqlarla birgə müzakirələr aparılmış və uşaqlarda davranış alqoritminin formalaşdırılmasına təşəbbüs göstərilmişdir.

Təlimlərin köməyi ilə uşaqlara “Cinayətkar”  dedikdə xəyallarında canlanan obrazın real həyatda mövcud olmadığı, oğurluq edən şəxsi xarici görünüşündən şübhələnərək tanımağın çətin olduğu fikri aşılanır.. Həmçinin, uşaqlara onları əhatə edən insanları dostlar və kənar adamlar qruplarına ayırmaq və onlarda etimad dairəsi haqqında təsəvvür formalaşdırılmışdır.

Növbəti aylarda da davam edəcək olan layihədə əlavə olaraq 298 uşağın iştirakı nəzərdə tutulub. Onu da qeyd edək ki, layihə sözü gedən mövzularda təlimlərin keçirilməsi, maarifləndirmə xarakterli çarxların hazırlanması və məktəblilər arasında təbliğat işlərinin aparılması kimi mərhələlərdən ibarət olmaqla, uşaqların məskunlaşdığı digər mərkəzlərdə də keçiriləcəkdir.

Biz əminik ki, bu tip Korporativ Sosial Məsuliyyət layihələrinin reallaşdırılması, övladlarımızın irəlidə qarşılaşa biləcəyi mühim hadisələr zamanı həyatlarında öz müsbət əksini tapacaq.

Qeyd edək ki, hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment