1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib
23.01.2019

Bakı, FinanceTime.  “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “autizm spektr pozuntuları” diaqnozlu uşaqlara növbəti dəfə dəstəyini göstərib. Beləki, “Nar” autizm “spektr pozuntuları” diaqnozlu uşaqlarla işləyən "Birgə və Sağlam" İctimai Birliyini yüksəksürətli simsiz internet ilə təmin edib. “Nar”-ın təqdim etdiyi yüksəksürətli limitsiz internet sayəsində autizm sindromlu uşaqlar cəmiyyətə inteqrasiya olunmaları üçün lazım olan proqramlardan və dərs vəsaitlərindən yararlana biləcəklər. Bundan başqa, “Nar” şəbəkəsi vasitəsilə "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Kashalata” kafedə çalışan yeniyetmə autizmli uşaqlar komputer və İT bacarıqlarını inkişaf etdirəcəklər və müxtəlif peşələrə yiyələnmələri üçün internetdən rahatlıqla istifadə edə biləcəklər. 

“Nar” bundan əvvəl də birliyin autizm simdromlu uşaqlarına öz dəstəyini göstərib və onların çalışdığı “Kashalata” kafe-atelyeni zəruri olan avadanlıqla təmin edib. Qeyd edək ki, autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə “Kashalata” kafedə autizmli yeniyetmə uşaqlar çalışır və müştərilərə özləri xidmət göstərir. "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzi 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizm sindromlu uşaqlara təhsil xidməti verir.

Qeyd edək ki, “Nar” xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxlayır və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment