1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Hökumət Ödəniş Portalı”na yeni təşkilatlar inteqrasiya edilmişdir
15.01.2019

Vergi, rüsum, icarə haqqı, cərimə, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilən tədbirlərin nəticəsində bu qurumlar tərəfindən göstərilən xidmətlər üzrə ödənişlərinin mərkəzləşdirilmiş qaydada yaradılmış infrastruktur vasitəsilə qəbul edilməsi təmin edilmişdir.

Bu gündən başlayaraq qeyd olunan təşkilatlar və onların tabeli qurumları tərəfindən təqdim edilən 26 xidmət, o cümlədən notariat kontorlarında icra qeydlərinin aparılması, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədlərinin tanınması xidmətləri və məktəbdənkənar təhsil müəsisələrinin xeyrinə ianələr üzrə ödənişlər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər.

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün Ədliyyə Nazirliyi üzrə şəxsiyyət vəsiqəsi rekvizitlərindən, Qida Təhlükəsizliyi Agentliyi üzrə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən, VÖEN-dən və yaxud qurum tərəfindən təqdim edilən sənəd nömrəsindən, Təhsil Nazirliyi üzrə bu qurum tərəfindən verilmiş ödəyici kodundan, məktəbdənkənar təhsil müəssisələri üzrə isə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən istifadə edilməlidir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment