1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


EHİM ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
11.01.2019

Bakı, FinanceTime.  10 yanvar 2019-cu il tarixində Elektron Hökumətin İnkişafı Mərkəzi ilə ADA Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

5 il müddətini əhatə edəcək memorandum universitetdə təhsil alan tələbələrin karyera hazırlığı, kadrların peşəkar inkişafına dəstək, o cümlədən müvafiq yönümlü layihələrə töhfə verilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsini əhatə edir.

Memorandum çərçivəsində tərəflər arasında ADA Universitetinin Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq, müasir informasiya və kommunikasiya texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi, Azərbaycan Respublikasında böyük ölçülü verilənlər anlayışının təbliğ edilməsi, toplanması, analiz edilməsi və mövcud imkanların üzə çıxarılması razılaşdırılıb. Həmçinin innovasiya ekosisteminin gücləndirilməsi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə fəaliyyətin aparılması, süni intellekt alqoritmlərinin elektron hökumətdə mövcud sahələrə tətbiqi, inkişaf etdirilməsi, universitetin ixtisasartırma proqramları vasitəsilə peşəkar inkişaf proqramlarının təşkil olunması ilə bağlı birgə addımların atılması fəaliyyət istiqamətlərinə daxil edilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment