1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Maqlar ilə maraqlananlar üçün yeni kitab nəşr edilib
14.11.2018

Sevda İmanovanın müəllif olduğu "Folklor və Magiya" kitabı işıq üzü görüb.Bildiyiniz kimi magiya sırf kor təbii bir şəkildə günümüzdə təzahür edir. Amma bu düşüncələrin haradan gəldiyi, günümüzdə nəyin sahəsində aktual bir mövzuya çevrildiyini anlamaq üçün müəllif şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə edərək çox maraqlı bir məsələni araşdırmış və gözəl nümunələr vermişdir.

Kitab 3 fəsildən ibarətdir. Birinci fəsildə "Magiya, Din, Folklor, və Janr" ikinci fəsildə "Liro-dramatik folklor və magiya", üçüncü fəsildə isə "Epik folklor və magiya" haqda,  ətraflı məlumat verilib.

Müəllifin fikirincə folklor və magiya əlaqələri problemə ilk növbədə tarixi və müqayisəli müstəvidə yanaşmağı tələb edir.  Belə ki, "folklor" və "magiya" kəlmələri sosial antopologiyanın  hər nə qədər "adiləşmiş" terminlərdən olsa da, elmin inkişafı antopoloji düşüncənin folklor və magiya sahələri arasında qarşılıqlı əlaqələrdə "qaranlıq" məqamlar aşkarlamaqda davam edir. Burada münasibətlər modeli son dərəcədə mürəkkəbdir. Belə ki, folklor və magiya tarixən bir-biri ilə çulğalaşmış, qovuşmuş bir laylardır. Bu laylar arasındakı  münasibətlərin həm tarixi, həm müqayisəli müstəvidə öyrənilmə zərurəti  mnoqrafiyada tarixi-müqayisəli metodun tətbiq edilmsəini tələb etmişdir. 

Müəllif kitabda qeyd edir ki, folklar və magiya əlaqələrinə dair dünyada ən müxtəlif və cərəyanların baxışlarını əks etdirən tədqiqatlar vardır.Bu tədqiqatların heç birində Azərbaycan folkloruna , o cümlədən onun magik folkloruna müraciət edilməsədə, onlar sematik struktur  və tipologiyanın öyrənilməsindən ötrü çox ciddi nəzəri-metodoloji baza verir.

Kitabda həmçinin müəllif qeyd edir ki, Azərbaycan nağılları magik görüşləri əks etdirən obraz və motivlərlə zəngindir.  Nağıllarda magik elementləri, demək olar ki, bütün nağıl növlərində aşkarlamaq olar. Ancaq heç şübhəsiz ki, nağıllar içərisində magiya ilə bağlılıq özünü daha çox sehrli nağıllarda göstərir.  Nağıllarda sehrli predmetlərin hamısı magik funksionallığa malikdir. 

Ümumiyyətlə isə folklor xalqın şifahi bədii yaradıcılığı olsa da, o sırf bədii hadisə deyildir, və öz kökləri  etibarı ilə həm də magiyaya bağlanır.

Qeyd edək ki, kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment