1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta”nın “Mərkəz” filialının – RƏSMİ AÇILIŞI
08.11.2018

Baki, FinanceTime. Müştərilərə göstərilən xidmətin keyifiyyətini daha da artırmaq, eləcə də müşərilərin rahatlığını düşünən “Qala Sığorta” bu dəfə paytaxt əhalisini sevindirib. Şirkət bu gün Bakı şəhəri, Afyəddin Cəlilov küçəsi,10 ünvanında yerləşən “Mərkəz” filialının rəsmi açılışını qeyd edib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, Mərkəz filialınınaçılmasında əsas məqsəd Bakı sakinlərinə “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də məhsullarından yararlanma imkanlarını daha asanlaşdırmaqdır.

“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev:Bu gün biz “Qala Sığorta” şirkətinin Mərkəz filialının açılışını qeyd edirik. Paytaxt əhalisi filiala yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sığortalaya bilərlər.

Ümumiyyətlə, filial və nümayəndəlik şəbəkəsinin coğrafiyasının genişləndirilməsi işini şirkətin sosial məsuliyyəti kimi də dəyərləndirmək olar. Çünki biz şəbəkə vasitəsi ilə öz məhsullarımızı təqdim etməklə yanaşı, vətəndaşların sığortadan yararlanması üçün rahat və əlçatan şərait də yaradırıq. Vətəndaşlarımızın sığortadan rahat şəkildə yararlanması bizim ən prioriet sosial məsuliyyətlərimizdən biridir.

Məqsədimizölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərmək.Qeyd edim ki, cari ilin əvvəlindən indiyədək Lənkəran, Gəncə, Sumqayıt və Tovuz nümayəndəliyinin rəsmi açılışları olub. Strategiyamıza uyğun olaraq, ilin sonunadək müxətlif regionlarda daha bir neçə nümayəndəliyin açılışını planlaşdırırıq. Düşünürük ki,nümayəndəliklərin fəaliyyətə başlaması ilə vətəndaşlarımız “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də təqdim etdiyi könüllü həyat və icbari sığorta məhsullarından yararlana biləcəklər” deyə F.Allahverdiyev qeyd edib.

Qeyd edək ki, açılış mərasimidə Şirkətin baş ofisinin işçi qrupu ilə yanaşı İdarə Heyətinin sədr müavini Taleh Yunsurov, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli, “AzRe təkrarsığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov və digər qonaqlar iştirak edib.   

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment