1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı yeni imic çarxını təqdim etdi
17.10.2018

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı “Ölkəmin bankı” konsepti çərçivəsində, “Birlikdə dəyər yaradırıq!”şüarı altında hazırlanmış yeni imic çarxını ictimaiyyətə təqdim edib. Videoçarx Azərbaycan həyatında mühüm rola malik bu bankın dünənini, bugünkü inkişaf dövrünüvə gələcəyə baxışlarını əks etdirir.

Burada müasir dövlət bankıolaraq Azərbaycan Beynəlxalq Bankının, reallaşmasında yaxından iştirak etdiyi irimiqyaslı layihələrə,universal bank kimi ölkənin hər yerində ən müxtəlif müştəri seqmentləri üçün yaratdığı çeşidli imkanlara diqqət yönəlir. Bankın öz geniş xidmət şəbəkəsi ilə hər kəs üçün əlçatanlığı, müştəriyönümlülüyü, bütün ölkə insanlarının doğma bankı olması vurğulanır.

Bu doğmalığı əks etdirməkdən ötrü orijinal bir tərz seçilib. Belə ki, imic çarxı bankın 1997-ci ildə quraşdırdığı birinci bankomatının dilindən maraqlı hekayətin nəqli ilə başlanır. Bu, həm də ölkəmizin birinci milli prosessinq mərkəzi (Azərikard) üzərindən xidmət göstərən və Azərbaycan dövlətinə məxsus olan ilk bankomatdır. Birlikdə yaşanan zamana bu bankomatın nəzərləri ilə baxılır. Ölkəmizin insanları ilə birgə yaradılan dəyərlər simvollaşdırılır.

Videoçarxda unudulmaz bəstəkarımız Asəf Zeynallının “Ölkəm” əsərindən istifadə edilməsi onun məzmununu daha da gücləndirir.Yeni aranjimanda təqdim olunan musiqi,mətn və təsvir həlli ilə ümumi harmoniya yaradır.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bildirib:“Bu imic çarxı, ilk növbədə, Azərbaycan Beynəlxalq Bankına daim dəstək verəndövlətimizə, hər zaman yanımızda olan ölkəmizin insanlarına minnətdarlığımızın ifadəsidir. Bu doğma münasibət bankı gücləndirir, onu inkişafa yönəldir. Elə imic çarxının məqsədi də cəmiyyətimizin diqqətini müasir dövlət bankı olaraq bu gün Azərbaycan Beynəlxalq Bankında baş verən müsbət proseslərəyönəltməkdir. Bank bizə inanan tərəfdaşlarımızın, müştərilərimizin inamını doğrultmaqdan ötrü günbəgün yenilənir, çətinlikləri keçmişdə buraxaq yeni nailiyyətlərə doğru irəliləyir”.

İmic çarxını Azərbaycanın tanınmış prodakşn mərkəzlərindən olan “Cinealliance” şirkəti Aleksey Lamaxın rejissorluğu ilə hazırlayıb. Azərbaycan Beynəlxalq Bankı çəkilişlərə göstərilən dəstəyə görə dəyərli tərəfdaşları SOCAR-a, o cümlədən “Azərikimya” İstehsalat Birliyinə, “Azərbaycan Hava Yolları”QSC-ə, “Azərbaycan Dəmir Yolları” QSC-yə və “Baku Steel Company” MMC-ə təşəkkürünü bildirir.

İmic çarxını buradan izləmək olar: https://www.youtube.com/watch?v=26Oh-yNVROk&feature=youtu.be

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment