1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank beynəlxalq tədbirdə iştirak edib
15.10.2018

Baki, FinanceTime. Kapital Bank  ötən həftə İndoneziyanın Bali adasının cənubunda yerləşən Nusa Dua bölgəsində keçirilən Beynəlxalq Valyuta Fondunun (IMF) və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib. Tədbirdə Kapital Bank-ı İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov təmsil edib.

Builki tədbir zamanı dünya iqtisadiyyatının və qlobal maliyyə sisteminin perspektivləri, eləcə də yeni monetar siyasəti və qlobal ticarət, aparıcı texnologiyalar və iqtisadiyyatın inklüziv inkişafı, maliyyə texnologiyaları və rəqəmsallaşma dövründə vergilər, yoxsulluğun və korrupsiyanın aradan qaldırılması, insan kapitalının rolu ilə bağlı məsələlər müzakirə olundu.

“Artıq bir neçə ildir ki, Kapital Bank beynəlxalq tədbirlərdə fəal təmsil olunur və dünyanın bir sıra təşkilatları ilə əməkdaşlıq edir. Bu il İndoneziyada keçirilən tədbir zamanı da bir sıra maraqlı görüşlərimiz və tanışlıqlarımız oldu. Xarici təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Növbəti həftə həmçinin ənənəvi SIBOS sərgisində iştirak edəcəyik. Builki iştirakımız əvvəlki illərlə müqayisədə daha fəal və fərqli olacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.

Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment