1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının “Bakıxanov” şöbəsinin yeni ünvanda açılışı oldu
10.10.2018

Effektivliyin artırılması, müştəri məmnuniyyətinin əldə olunmasıməqsədilə filial şəbəkəsini optimallaşdıran, xidmətin keyfiyyətini yüksəldən Azərbaycan Beynəlxalq Bankıbu istiqamətdə daha bir addım atıb. Bankın müasir konseptinə uyğun qurulmuş “Bakıxanov”şöbəsi yeni ünvanda müştərilərin istifadəsinə verilib. “Bakıxanov”şöbəsi bundan sonra fəaliyyətini Nəsimi rayonu, Məmməd Cəfər Cəfərov küçəsi - 28 ünvanında (3-cü mikrorayon dairəsindən Şamaxinka istiqamətinə gedən yolun üstü) davam etdirəcək. Geniş ərazidə yerləşən, ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Azərbaycan Beynəlxalq Bankının Marketinqdepartamentinin direktoru Nigar Tahirova bildirib ki, xidmət şəbəkəsinin optimallaşdırılması, filial və şöbələrin vahid korporativ üsluba, yeni konseptə uyğunlaşdırılması bankın yeni inkişaf strategiyasında xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan Beynəlxalq Bankı yenilənir. Müştərilərimiz bunu təkcə xidmət ofislərimizin zahiri görkəmində deyil, onlara göstərdiyimiz xidmətin səviyyəsində, müştərilərimizə yanaşmamızda da hiss edə bilirlər. Bütün bunlar, təbii ki, hələ başlanğıcdır”.

Yeni ünvanda vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment