1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Respublikası Mərakeş Müqaviləsinə qoşulur
08.10.2018

Baki, FinanceTime. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının cari ilin oktyabrın əvvəlində İsveçrənin Cenevrə şəhərində öz işini başa çatdırmış 58-ci toplantısında  iştirak edən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovölkəmizin “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında müvafiq sənədləri ÜƏMT-nin Baş direktoru Frensis Qarriyə təqdim etmişdir.

Mərakeş Müqaviləsi 27 iyun 2013-cü ildə Mərakeş Krallığının Mərakeş şəhərində dərc olunmuş əsərləri kor, görmə qüsurlu və çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün daha əlçatımlı etmək məqsədi ilə qəbul edilmişdir.Bu müqavilənin qəbul edilməsi ilə kor və digər görmə əlilliyi olan şəxslərin bu cür əlilliyi olmayan şəxslərlə bərabər əsasda öz seçiminə uyğun hər cür informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığının təmin edilməsinə, eləcə də onların təhsil almaq imkanlarını məhdudlaşdıran problemlərin adekvat həllinə şərait yaradılmışdır.

Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqiçərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, belə şəxslər üçün əsərlərin mümkün əlçatımlı formatlarda çatışmazlığının aradan qaldırılmasına və bu nüsxələrin transsərhəd mübadiləsinə imkan yaradır.

Mərakeş Müqaviləsində iştirak ölkəmizin bu sahədə beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, eləcə də bu kateqoriyadan olan insanların cəmiyyətə daha sıx inteqrasiya edilməsinə və onların potensialından istifadənin səmərəsinin artırılmasına kömək edəcək, eyni zamanda müəlliflərin hüquqlarının səmərəli qorunması və geniş ictimaiyyətin maraqları arasında, xüsusən təhsil, tədqiqat və informasiya almaq sahəsində balansın yaradılmasına ehtiyacı və belə balansın kor və digər görmə əlilliyi olan şəxslərə münasibətdə nəzərə alınmasını təmin edəcəkdir.

Qeyd edək ki, cari il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqındaAzərbaycan Respublikasının Qanununu imzalamışdır. Azərbaycan Mərakeş Müqaviləsinə qoşulan 42-ci ölkə olur. Azərbaycan Respublikası üçün bu müqavilə 2018-ci il dekabrın 24-dən qüvvədə olacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment