1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


2568 uşaq problemlərinin həlli üçün Azercell-in “Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edib
05.10.2018

Qorxma, biz səninləyik!

2568 uşaq problemlərinin həlli üçün Azercell-in “Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edib

Baki, FinanceTime.    “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” bu ilin 9 ayı üçün hesabatını açıqlayib. Ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etmək məqsədi daşıyan Uşaq Qaynar Xəttinə 2018-ci ilin yanvar-sentyabr aylarında 2568 müraciət daxil olub. Daxil olan zənglərin 27-si psixoloji, 45-i hüquqi, 240-ı təhsil (49 Dövlət İmtahan Mərkəzi, 166 Təhsil Nazirliyi, 25 bağça), 17-si səhiyyə, 14-ü sosial, 31-i isə digər sahələrə aid edilib. Məktəbdə müəllimləri, evdə valideyləri tərəfindən zorakılıqla üzləşən uşaqlar Uşaq və Gənclərin sosial reabilitasiya mərkəzinə psixoloji reabilitasiya keçmək üçün yönləndirilib. Eyni zamanda psixoloji problemləri olan, valideynlərinin ayrılığını çətin yaşayan yeniyetmələrə kömək üçün Uşaq Hüquqları klinikasına müraciət edilib. Hüquqi və sosial çətinliklər yaşayan uşaqların probleminin həlli istiqamətində rayon İcra Hakimiyyətləri ilə görüşlər təşkil edilib. Digər tərəfdən daxil olan zənglər üzrə aparılan təhlillərdən bəlli olub ki, uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Eyni zamanda müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkənlər də çoxluq təşkil edir. Xidmət göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub.

Nəzərinizə çatdıraq ki, Qaynar xətt hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də Azercell nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti (yardim@usaqxetti.az) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.

2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə Xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) yaşayan uşaqlara da xidmət göstərir.




 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment