1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Azərbaycanda aqro-sənaye holdinqlərinin sığorta ehtiyacı” mövzusunda seminar təşkil olunub
21.09.2018

Baki, FinanceTime. Azərbaycan Sığortaçılar Assosiasiyasının (Birlik) və Almaniyanın “Genillard & Co.” Sığorta brokinq və konsaltinq şirkətinin təşəbbüsü ilə “Azərbaycanda aqro-sənaye holdinqlərinin sığorta ehtiyacı” mövzusunda geniş tərkibli seminar təşkil olunub. Seminarda Birliyinsədri Mustafa Abbasbəyli, kənd təsərrüfatı sığortası üzrə ekspert Əli Bayramov, sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri və sahə üzrə mütəxəssisləri iştirak edib.

Seminar “Kənd təsərrüfatı istehsalatında risklərin idarə edilməsinin məqsəd və dəyəri”, “Azərbaycan kənd təsərrüfatı sığortasının inkişafı”, “Biznes prosesləri, məlumatların mövcudluğu və məlumatların idarə edilməsi”, “Anket sorğusu və sahə üzrə sorğu”, “Sığorta və təkrarsığorta xidmətləri” kimi mövzuları əhatə edib. Seminar “Genillard & Co.” Şirkətinin İcraçı direktoru Christofer Genillard, İsveçrənin nüfuzlu təkrarsığorta şirkəti “Swiss Re” Təkrarsığorta şirkətinin Vitse-prezidenti Marcel Andriesse, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin məsləhətçisi Drs. Ing. Martis van Splunter tərəfindən aparılıb.

Seminarda “Genillard & Co.” və “Swiss Re”nin əməkdaşları öz nəzəri və praktiki biliklərindən istifadə edərək kənd təsərrüfatı sığortası üzrə risklərin müəyyən edilməsi metodları, məlumatların və risklərin idarə edilməsi, həmçinin, Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi və inkişafı, təkrarsığortası kimi məsələlərlə bağlı geniş və ətraflı məlumat verib, təqdimatlarla çıxış ediblər. Seminar daha sonra iştirakçıların mövzu ilə bağlı müzakirələri və fikir mübadiləsi ilə davam edib.Azərbaycanda kənd təsərrüfatı risklərinin əvvəllər sığortalanmaması, bu risklərlə bağlı zəruri məlumatların məhdudluğu xarici təkrarsığorta şirkətlərinin əməkdaşlığı məsələsində müəyyən problemlər yaradır. Ancaq “Genillard & Co.” Şirkətinin Azərbaycan kənd təsərrüfatı sığortası mexanizminə verdiyi dəstəyin nəticəsi olaraq İsveçrənin nüfuzlu təkrarsığorta şirkəti “Swiss Re” kənd təsərrüfatı üzrə riskləri təkrarsığorta etdirməyə razılıq verib.

Xatırladaq ki, bu ilin əvvəllindən etibarən “Azərbaycanda kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsi və bunun tətbiq mexanizmlərinin müzakirəsi məqsədilə Birlik nəzdində Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi, sığortaçılar və müstəqil ekspertlərdən ibarət işçi qrupunun çoxsaylı görüşləri baş tutmuşdur. Bu müzakirələrin yekunu olaraq “Azərbaycanda kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsinə bir sıra dəyişikliklər edilmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment