1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan!
20.09.2018

Baki, FinanceTime. Hər zaman yenilikləri ilə adını “ilklər” sırasına yazdıran “Bank of Baku”, ölkənin ilk hissə-hissə ödəniş kartı olan Bolkart sahiblərinə özəl kampaniyaya start verir.

Payızın sərinliyinə istilik gətirəcək kampaniya çərçivəsində qalib Bolkartlılar pul mükafatları və ən nəhayət İSTANBULA SƏYAHƏT qazanacaqlar.

Qaliblər Bolkart Gənc və ya Bolkart Ailə kartları ilə həm ölkədaxili, həm də ölkəxaricində ən çox alış-veriş edən şəxslər olacaq.

Kampaniya şərtlərinə əsasən, hər ayın və yekun müddətin öz qalibləri olacaq. Aylıq qaliblər hər ay ən azı 5 fərqli POS-terminaldan ümümilikdə 100 AZN və daha çox məbləğdə alış-veriş edən müştərilər olacaq. Hər ay ən çox alış-veriş edən 3 müştəri pul mükafatı ilə mükafatlandırılacaq:

 

* 1-ci yer – 250 AZN;                                            

* 2-ci yer – 150 AZN;

* 3-cü yer – 100 AZN.

 

Yekun, yəni 4 ayın sonuna olan nəticələrə əsasən isə Bolkartla ən çox alış-veriş etmiş bir müştəri İSTANBULA 2 NƏFƏRLİK SƏYAHƏT paketi (gediş-dönüş bileti, otel, transfer xidməti və səyahət sığortası) HƏDİYYƏ qazanacaq.

Kampaniya dövrü ərzində ümumilikdə 13 müştəri qalib olacaq və aylıq qaliblər pul mükafatlarını BAL olaraq əldə edəcəklər. Qeyd edək ki, 1 BAL = 1 AZN dəyərindədir və BAL-lar Bank of Baku-nun bütün Bolkart partnyor mağazalarında alış-veriş üçün keçərlidir.

Şərtlərə əsasən, iki və daha çox Bolkartlının ödənişlərinin ümumi məbləği eyni olarsa, əməliyyat sayı daha çox olan Bolkartlı qalib hesab olunacaq. 

20 dekabr tarixinədək davam edən kampaniyada həm Bolkart debet, həm də Bolkart kredit kart sahibləri iştirak edə bilər.

Bank of Baku-nun Bolkartlılara özəl keçirdiyi bu və digər kampaniyalar haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə https://www.facebook.com/Bolkart/ müraciət edə bilərsiniz.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bolkart.az

www.facebook.com/Bolkart


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment