1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” müştəri loyallığı indeksinə görə liderdir
13.08.2018

Baki, FinanceTime. Müstəqil araşdırma şirkətləri tərəfindən keçirilmiş araşdırmaların/sorğuların nəticələrinə əsasən, “Nar” mobil operatorunun müxtəlif parametrlər üzrə müştəri loyallığı indeksində əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Həyata keçirilmiş NPS (Net Promoter Score) göstəricisi və “Brand Tracking”  araşdırmalarına görə, “Nar” mobil internet istifadəçilərinin sayındakı artım tempi üzrə mobil rabitə bazarında yüksək nəticəyə nail olub.

Beynəlxalq şirkət tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, “Nar”-ın müştəri loyallığı indeksində il ərzində 5,3% artım müşahidə edilib. Sorğuya əsasən, mobil şəbəkənin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri  arasında istifadə etməsi, eləcə də sərfəli tarif və qiymətlər sözügedən göstəricidəki artımın əsas səbəbləridir. Bundan başqa, “Nar” səsin keyfiyyəti, müştəri xidmətləri, genişləndirilmiş telekommunikasiya xidmətləri, zəng xidməti üzrə müştəri məmnuniyyəti göstəriciləri və əlverişlilik üzrə yüksək nəticə göstərib.   

Digər müstəqil şirkət tərəfindən həyata keçirilmiş “Brand Tracking” araşdırmasına əsasən, “Nar” abunəçilərinin 66%-i mobil operatorun qiymətlərinin daha sərfəli olduğunu düşünür ki, bu da müştəri qrupları (digər operatorların abunəçiləri ilə müqayisədə) arasında ən yüksək nəticədir. Abunəçilərin 84%-i isə “Nar” şəbəkəsinin gələcəkdə istifadə edilə biləcək yeganə şəbəkə olduğu qənaətindədir. Bu rəqəm də mövcüd operatorların abunəçilərindən ibarət respondent qrupları arasında ən yüksək göstəricidir. Əlavə olaraq, “Nar” brend potensialı indeksi (BPI) il ərzində 4%, loyallıq indeksi isə 7% artıb.  

Operator mobil internet istifadəçilərinin sayında nəzərəçarpacaq artıma bütün ölkə ərazisi boyunca genişləndirilmiş 3G, 4G və LTE-A şəbəkəsi ilə yanaşı, abunəçilərə sərfəli qiymətə yüksəkkeyfiyyətli mobil internet paketlərini təqdim etməklə müvəffəq olub.  

Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdu. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment