1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABA-nın Ekspert Qrupunda yeni təyinat olub
13.08.2018

Baki, FinanceTime. Azərbaycan Banklar Assosiasiyasının “İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun avqust ayı üzrə növbəti iclas keçirilib.

İclas fövqəladə hallar zamanı bankların enerji təminatının dayanmaması, enerji məsələlərinin optimizasiyasına həsr edilib.

Ekspert Qrupunun iclası zamanı enerji təminetmənin optimizasiyası və enerji sahəsində İT təhlükəsizliyinə aid olan digər məsələlər müzakirə edilib. Müvafiq əlaqədar orqanlarla görüşlər keçirilərək fövqəladə hallar zamanı enerji təminatının optimizasiyasına dair müzakirələrin aparılması qərara alınıb.

Həmçinin iclas zamanı qrupda yeni təyinat olub. Belə ki, İlqar Əliyev “İT və İT təhlükəsizlik üzrə” Ekspert Qrupunun müavini vəzifəsinə təyin edilib. İlqar Əliyev 2006 – 2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daxili Audit departamentində İnformasiya texnologiyaları üzrə böyük auditor və şöbə rəisi vəzifələrində çalışmışdır. 2013-cü ildən GRC Assurance & Advisory şirkətində İdarəetmə Auditi üzrə menecer vəzifəsində işləmişdir. 2017-ci ildən Prima Menecment Konsaltinq şirkətinin İT İdarəçilyi və İnformasiya təhlükəsizliyi üzrə rəhbəridir.

Hazırda İnformasiya Sistemlərinin Təhlükəsizliyi və İdarəedilməsi üzrə Audit və Konsultasiya xidmətləri təqdim edir.

2006-cı ildən Beynəlxalq İSACA (ABŞ) assosasiyasının üzvüdür. İlqar Əliyev CISA (İnformasiya Sistemləri üzrə Sertifikatlaşmış Auditor), CISM (İnformasiya Təhlükəsizliyi üzrə Sertifikatlaşmış Menecer), CGEIT (İnformasiya Texnologiyalarının İdarəçiliyi üzrə peşəkar sertifikat), CRISC (İnformasiya sistemlərində risklərə nəzarət üzrə peşəkar sertifikat), COBIT 5 Security Assessor peşəkar sertifikatlara malikdir.

Xatırladaq ki, Ekspert Qrupunun sədri “PAŞA Bank”ın İdarə Heyətini üzvü Cəlal Orucovdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment