1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Abunəçilərinin 93%-i Azercell-in Müştəri Xidmətlərinin işini yüksək qiymətləndirib
10.08.2018

 

Azercell-in Telefon Mərkəzi 2018-ci ilin ilk 6 ayı ərzində daxil olan 2.302.000 zəngin 92%-ni cavablayıb.

Baki, FinanceTime.  Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və həyata keçirməkdə davam edən “Azercell Telekom” MMC bu sahədə daim öz işini monitorinq edir vətəkmilləşdirir.Belə ki, şirkət tərəfindən mütəmadi olaraq keçirilən müştəri məmnuniyyəti sorğusunun  2018-ci ilin ilk 6 ayının nəticələrinə görə respondentlərin 93%-i Telefon Mərkəzinin təqdim etdiyi xidmətlərdən razılığını bildirib.Operativlik və yüksək keyfiyyətli xidmət Online Müştəri Xidmətləri və Sosial Şəbəkələr üzərindən çalışan təmsilçilərin də iş prinsipində özünü göstərib.Belə ki, Online Müştəri Xidmətləri əməkdaşları tərəfindən 105.000 sorğu cavablanıb. Facebook sosial şəbəkəsində abunəçilər tərəfindən Azercell əməkdaşlarına yönələn sorğuların 100%-i  cavablandırılıb. Məhz bu müsbət göstəriciyə görə2018-ci ilin birinci rübündə Azercell beynəlxalq “Socialbakers” şirkəti tərəfindən “Socially Devoted” sertifikatına növbəti dəfə layiq görülüb. Şirkət Twitter sosial şəbəkəsində də abunəçilərinin bütün suallarını cavablandıraraq, yerli mobil operatorlar arasında yenidən ən yüksək nəticə nümayiş etdirib.

Azercell Müştəri Xidmətləri 4,5 milyonluq abunəçi ailəsininin müraciətlərini araşdırıb həll edərkən ilk növbədə məxfilik, düzgünlük, tərəfsizlik, operativlik və rahatlıq prinsiplərinə əsaslanır. Fəaliyyətə başladığı gündən müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən şirkətabunəçiləri tərəfindən irəli sürülən bütün təklif və şərhləri diqqətlə araşdırır. Qeyd edək ki, Azercell Müştəri Xidmətləri və Telefon Mərkəzinin fəaliyyəti və keyfiyyəti mütəmadi olaraq beynəlxalq audit şirkətləri tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Keyfiyyətli idarəetmə sisteminin öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisi olaraq Azercell-in Telefon Mərkəzi sahəsində ISO18295,şikayətlərin idarə edilməsi sahəsində isə ISO10002:2014beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb. Məlumat üçün bildirək ki, Azercell 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi,2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Azercell eyni zamanda ölkəmizdə ilk dəfə olaraq 2011-ci ildə Onlayn Müştəri Xidmətlərini istifadəyə verib.   2014-cü ildə Azercell Azərbaycanda Abunəçi Loyallığı İndeksini (NPS) ölçməyə başlayan ilk şirkət olub. Hazırda Azercellin Bakıda 7, regionlarda isə 27 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in Bakı şəhərində 5, bölgələrdə 5 Müştəri Xidməti Mərkəzləri mövcuddur, eyni zamanda Bakı şəhərində 3 Asan Mərkəzində Azercell MX məntəqəsi fəaliyyət göstərir ki, bunlar da Azercell üçün abunəçisinin daim diqqət mərkəzində saxlanılması, rahat və keyfiyyətli xidmətlə təmin olunması prioritet amillərdəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment