1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Türk Hava Yolları” Azərbaycan sərnişinləri üçün “Stopover” xidməti çərçivəsində ödənişsiz hotel təqdim edir
09.08.2018

Digər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən "Türk Hava Yolları"Azərbaycan sərnişinləri üçün“Stopover” xidmətini istifadəyə verib. “Stopover” sərnişinlərə hoteldə ödənişsiz yerləşdirilmə və İstanbulun nadir gözəllikləri ilə tanış olmaq fürsətini təklif edir.

Sözügedən xidmət Azərbaycandan Amerikaya (ABŞ, Kanada, Kolumbiya, Venesuela, Panama, Kuba, Argentina və Braziliya), Asiyaya və Uzaq Şərqə, Afrikaya, Rusiyaya, Ukraynaya, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə və İsrailə səyahət edən və gözləmə vaxtı 20 saatdan çox təşkil edən tranzit sərnişinlərinə yaşayış haqqında çek əsasında İstanbulda dayanmaq imkanı verəcək. Biletin rezervasiyası başa çatdıqdan sonra aviaşirkət tərəfindən təqdim olunan çek ekonom-sinif sərnişinlərinəbir gecə 4-ulduzlu hoteldə, biznes-sinif sərnişinlərə isə iki gecəTaksim və Sultanahmet rayonlarında yerləşən 5-ulduzlu hoteldə gecələməkhüququ verir.

Pulsuz yerləşdirilmə yalnız iki tərəfli biletlərə aiddir. Xidmətdən yalnız bir dəfə istifadə etmək olar: Azərbaycandan və ya geriyə uçuş zamanı. Qeyd edək ki, aviaşirkət hava limanından hotelə və geriyə transfer, həmçinin, şəhər daxilində səyahət ilə bağlı xərcləri ödəmir.Bununla yanaşı, “Stopover” 24 saatdan çox təşkil edərsə, sərnişin İstanbula gəldikdən sonra öz yükünü hava limanından götürməlidir.

“Stopover” xidmətdən istifadə etmək üçün sərnişin uçuşdan ən azı 48 saat öncə “Azerbijan Stopover Information Form” formasını doldurub, freehotelazerbaijan@thy.com elektron ünvanına göndərməlidir. Məktub mövzusunda hava limanının adı qeyd olunmalıdır.Aviaşirkət məktubu alıb, sərnişinə yaşayış haqqında çekgöndərəcək ki, bu çek hoteldə qeydiyyat zamanı təqdim edilməlidir.

 

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 304 istiqamət üzrə uçuşlar yerinə yetirən (255 beynəlxalq və 49 daxili) və 324 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment