1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"AccessBank"ın müştərisi: "Nə əkirik, onu da biçirik!" - REPORTAJ
08.08.2018

"AccessBank" müştərilərinin uğur hekayələrini bölüşməyə davam edir. Növbəti qəhrəmanımız İsmayıllı rayonu Qubaxəlilli kəndinin sakini Fikrət Süleymanovdur. Müştərimiz "AccessBank" ilə "İsmayıllı" filialı fəaliyyətə başlayandan əməkdaşlıq edir. Fikrət bəyin çörəyi torpaqdan çıxır - onun becərdiyi arpa, buğda, noxud, mərci, soya hazırda ən iri istehsalçıların maraq dairəsindədir.

Məni qapıda müştərimizin oğlu İsmayıl qarşıladı. O, "İsmayıllı" filialımızın əməkdaşlarının tərif etdiyindən də mehriban və zəhmətkeş biri imiş. Həmin vaxt şumlanmış tarlalara diqqətlə baxan Fikrət kişi gözümə dəydi. Mən yaxınlaşanda o üfüqə zillənmiş baxışını hələ ayırmaq fikrində deyildi. Bir neçə saniyə sonra zəhmətkeşin ağır səsi gəldi: "İndiyədək heç kimin ünvanına bəytərifi deməmişəm. Amma kiminsə haqqını da yeməmişəm. Sizin də haqqınızı yemərəm. Buralar dərə-təpə, çöllük idi... Bir gün İsmayıl (oğlu - red.) sizin filialın əməkdaşları ilə danışdı, onlar da götür-qoy etdi… Sağ olsunlar, bizə inandılar, biz də inamı doğrultduq. Burada nə görürsənsə, "AccessBank"ın maliyyə dəstəyi hesabına yaratmışıq".

Fikrət kişi "zəhmətin ətri tərdir" prinsipi ilə yaşayan adi kənd zəhmətkeşlərindən biridir. Onun sözlərinə görə, zəhməti sevən işdən doymaz. Burada keçirdiyim bir neçə saat ərzində gördüm ki, bu insan işdən doymaq bilmir:

- Deyirlər ki, nə əkərsən, onu da biçərsən. Əkdiyinizi biçə bilirsiniz?

- Şükür ki, indiyədək zəhmətimiz hədər getməyib. Zəhmət bizim qanımızdadır. Bunun da bəhrəsini illərdir görürük… Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir.

- Dedilər ki, arpa, buğda, noxud, mərci və soya əkirsiniz…

- Soya və mərci bu il əkilməyib, qalanlarını, doğrudur, əkmişik. Yeri gəlmişkən, taxıl yerli sort deyil, Krasnodardan (Rusiya) gətiririk.

- Tələbat var?

- Bütün iri istehsalçılar bizdən arpa və buğda alır. Açığı, sifarişlər dayanmır, bəzən hətta çatdırmırıq. Ona görə, bəzən istirahətə də vaxt qalmır. Məsuliyyətin altına girmişiksə, lazım gəlsə, gecə-gündüz, yatmadan işləyəcəyik.

- Tarlalarda texnika gözümə dəymədi. Şum başlamayıb?

- Çox istidir deyə, texnikanı yalnız sərin vaxtlarda işə salırıq. İndidən şum işləri artıq başlanılıb. Oktyabr-noyabr aylarında arpa-buğda əkiləcək. Noxudu fevral-mart aylarında əkirik.

Fikrət kişi deyir ki, buğda və arpa təmizlənir, sifarişçilərə çatdırılanadək anbarda saxlanılır. Anbarın tikintisi bir zərurət idi və buna görə Süleymanovlar ailəsi növbəti dəfə "AccessBank"ın köməyinə müraciət etdi: "İndiyədək bircə dəfə belə kredit ödənişini axsatmamışam, hamısı vaxtında ödənilib. Görüləcək çox işimiz var, planlarımız kiçik deyil. Bu işdə "AccessBank"ın dəstəyinə arxalanırıq".

Həmsöhbətim deyir ki, biznesin inkişafı üçün texnikanın tədricən yenilənməsi də şərtdir. Onu da öyrəndim ki, kənd sakini heyvandarlıq sahəsinə də daxil olmaq niyyətindədir. Hətta yeni kreditin cəlb olunması üçün müraciət də edilib.

Şübhəm yoxdur ki, burada olduğum müddətdə tanıdığım bu zəhmətkeş insan heyvandarlıq sahəsində də uğur əldə edəcək. Çətin ki, bu insanın əlindən gəlməyən iş olsun. Sağollaşanda eşitdiyim bu oldu ki, zəhmət torpaqda, nemət süfrədə olmalıdır. Torpağımız bol və bərəkətlidir. Nemətimiz də bol olsun!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment