1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı VİSA kart sahibləri üçün yeni stimullaşdırıcı lotereyaya start verdi
03.08.2018

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün xoş sürpriz həyəcanı davam edir. Bank yeni stimullaşdırıcı lotereya kampaniyasına başlayıb.

İştirak şərtləri belədir:

-Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının VİSA plastik kartları ilə xarici ölkələrdəki POS-terminallarda ən azı 100 manatlıq ödəniş etmiş müştərilər, eləcə də xarici ölkələrə məxsus internet səhifələrindəən azı 100 manatlıq ödəniş etmiş müştərilər hər 100 manatlıq ödənişə görə 1 uduş şansı qazanacaqlar. 

Məsələn, əgər müştəri bankın VİSA plastik kartı ilə bu qaydada 430 manatlıq ödəniş etmişsə, onun lotereyada 4 uduş şansı olacaq. 100 manatdan daha az olan əməliyyat məbləğləri üst-üstə toplanmır və bir dəfəyə ödənişi 100 manata çatmayan müştərilər kampaniyada iştirak etmir. Eyni bir iştirakçı kampaniyada iştirak imkanlarından istifadə edərək uduş şanslarını istənilən sayda artıra bilər.

Lotereya kampaniyası01avqustdan 15 sentyabra qədər davam edəcək.

Uduş fondu 25 sentyabr 2018 – ci il tarixində bankın rəsmi Facebook səhifəsində canlı yayımda oynanılacaq. Qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Lotereya 1 tirajdan ibarət olmaqla 6 mərhələ üzrə keçiriləcək. Ümumilikdə, 100 iştirakçı qalib olacaq. Mərhələlər üzrə 50 iştirakçı 100 manat, 30 iştirakçı 300 manat, 15 iştirakçı 500 manat qazanacaq. Lotereyanın 2 qalibinə “iPhone 8”, daha 2 qalibinə “iPhone X” smartfonları hədiyyə veriləcək. BİRİNCİ YERİN QALİBİ isə Azərbaycan Beynəlxalq Bankından 5000 MANAT HƏDİYYƏ qazanacaq.  

Əvvəlki uduşların qalibləri yalnız final mərhələsində iştirak şansına malikdirlər. Digər mərhələlərin hər birində isə eyni iştirakçı yalnız bir dəfə qalib ola bilər. Azərbaycan Beynəlxalq Bankının əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın www.ibar.az saytında yerləşdiriləcək və “Xalq qəzeti”ndə dərc olunacaq.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment