1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən uşaqlara sağlam gülüş hədiyyə
27.07.2018

 

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

Baki, FinanceTime.  Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə Yer üzündə 5 milyarda yaxın insan diş problemlərindən əziyyət çəkir. Azərbaycanda isə böyük hissəsi uşaqlar olmaqla əhalinin 80 faizə yaxını diş ağrıları ilə üzləşir. Özəlliklə uşaq evlərində məskunlaşan ata-ana qayğısından uzaq, kimsəsiz uşaqların bu baxımdan çətinliklər yaşayır. Aparılan araşdırmalar uşaq müəssisələrində məhz diş xəstəlikləri ilə bağlı ciddi problemlərin olduğunu ortaya çıxarıb. Azərbaycandakı uşaq evlərinin 90 faizində stomatoloji kabinetin olmadığını nəzərə alan “Azercell Telekom“ MMC 2009-cu il dekabrın 15-də fəaliyyətinin 13 illiyində daima dəyər verdiyi uşaqlara hədiyyə olaraqən müasir tibbi avadanlıqla təchizolunmuş “Mobil Diş Klinikası”nı təqdim edib. “Mobil Diş Klinikası” məhz uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönəlib.

Fəaliyyəti boyu minlərlə uşağa sağlam gülüş hədiyyə edən klinikanın həkimləri bu ilin ilk 6 ayı ərzində öz ənənəsinə sadiq qalaraq, 400-dən artıq uşağın müayinə və müalicəsini həyata keçirib. Yanvar və fevral aylarında həkimlər Əhmədli qəs., 3 saylı uşaq evində 100-ə yaxın uşağa diş problemlərin həllində yardımçı olublar. Mart ayında Pirşağı qəsəbəsində yerləşən Xocalı rayon 2 saylı orta məktəbdə təhsil alan 47, apreldə Lökbatan qəsəbəsi uşaq sanatoriyasında müalicə alan 76, mayda Nərimanov rayonu, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində yaşayan 98, iyun ayında isə Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinin 125 uşağı bu pulsuz müayinədən yararlanıb.

Qeyd edək ki, fəaliyyət göstərdiyi 9 il ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikası”nın həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment