1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Dünya Bankı Qrupu Azərbaycanda nağdsız ödənişləri dəstəkləyəcək layihəyə Naxçıvan MR-dan başlayacaq
13.07.2018

Baki, FinanceTime. Bu həftə bağlanmış müqaviləyə əsasən,Dünya Bankı Qrupu Naxçıvan Muxtar Respublikasında elektron ödənişlərin istifadəsini daha da genişləndirməyə və ölkədə ilk nağdsız zonası yaratmağa kömək edəcək. Görüləcək işlərkənd yerlərində əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını dahada əlçatan etmək məqsədini əsas götürüb.

Dünya Bankı Qrupunun üzvü olanBeynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” LayihəsiNaxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə nağdsız ödənişlər üzrə müvafiq tənzimləyici normaları işləyəcəkdir. Layihə, Naxçıvanda mobil ödənişlər üçün şərait yaratmaq məqsədilə, məlumat emalı mərkəzlərini və mobil operatorları cəlb edərək, nağdsız ödənişlər sahəsində Azərbaycanı regionun lider ölkəsinə çevirmək məqsədini daşıyır. Layihə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.

Həyata keçiriləcək layihə ilə yaradılacaq yeni Nağdsız ödəniş infrastrukturuvətəndaşlara mobil telefonlardan istifadə edərək maliyyə əməliyyatları, o cümlədən faktura ödənişlərini və pul köçürmələrini həyata keçirməyə imkan verəcək. Belə imkanların mövcud olması qloballaşan dünya ilə ayaqlaşmaq üçün xüsusilə önəmlidir, çünki hazırda ölkədə, Dünya Bankının məlumatına əsasən, yetkinlik yaşına çatmış əhalinin yalnız 29%-inin maliyyə müəssisində hesabı vardır; bu göstərici regionda orta hesabla 50% təşkil edir. 

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov qeyd etdi ki: “Nağdsız ödənişlər sahəsi muxtar respublika rəhbərinin daim diqqətində olan sahələr sırasında olmuş, illər ərzində həyata keçirilən layihələrlə burada münbit bir mühit formalaşdırılmışdır. Təsadüfi deyil ki, ölkədə elektron ödənişlər üzrə yeni və təkmil mərhələməhz Naxçıvan Muxtar Respublikasından başlanılır. Biz də bu təşəbbüs çərçivəsində IFC ilə əməkdaşlıq edirik.Hazırkı Layihə,ölkədə nağdsız və rəqəmsal ödənişləri gücləndirmək üzrə geniş səylərin bir hissəsi olaraq, nəinki maliyyə sektorunun inkişafını dəstəkləyəcək, həmçinin əhalinin rahatlığının və elektron ödəniş sistemlərinə çıxışının təmin olunmasınaöz tövhəsini verəcəkdir.

IFC-nin Avropa və Mərkəzi Asiya üzrə Baş Meneceri Jesper Kjaer /Yesper Kyaer/ də öz növbəsində qeyd etdi ki: “Məqsədimiz maliyyə xidmətlərini Azərbaycanın hər bir bölgəsində yaşayan insanlar üçün əlçatan etməkdir.Birgə səylərimiz Naxçıvan sakinlərinə ödənişləri daha rahat həyata keçirməyə imkan yaradacaq və nəticədə maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaqdır. Həyata keçiriləcək layihəyə yerli hökümətin dəstəyi bu sahədə işlərin keyfiyyətlə və vaxtında icra olunacağına böyük ümidlər yaradır.”

Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycana 473 milyon ABŞ dolları(o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğindəyatırımlar edib. Bu vəsaitlər maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrdə icra edilmiş 56 uzun-müddətli layihəni maliyyələşdirmişdir. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət xidmətləri layihələri icra edib.

 

Dünya Bankı Qrupu haqqında

Dünya Bankı Qrupu inkişaf edən ölkələr üçün dünyada mövcud olan ən böyük maliyyə və bilik mənbələrindən biridir. Qrupa bir-biri ilə sıx əlaqədə olan aşağıdakı beş təsisat daxildir: birlikdə Dünya Bankını təşkil edən Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı (IBRD) və Beynəlxalq İnkişaf Assosiasiyası (IDA); Beynəlxalq Maliyyə Korporasiyası (IFC); İnvestisiyalara Çoxtərəfli Zəmanət Agentliyi (MIGA); İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (ICSID). Bu təsisatların hər biri inkişaf edən ölkələrdə yoxsulluqla mübarizə və əhalinin yaşayış səviyyəsinin artırılması amalına yetişmək istiqamətində bariz mövqedən çıxış edir. Əlavə məlumat üçün www.worldbank.org, www.miga.orgwww.ifc.orgsaytlarına müraciət edin.

 

Bizi aşağıdakı ünvanlardan izləyin:

www.facebook.com/IFCwbg

www.twitter.com/IFC_org

www.youtube.com/IFCvideocasts

www.ifc.org/SocialMediaIndex

www.instagram.comifc_org

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment