1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank korporativ müştərilərə maaş kartlarını pulsuz verəcək
13.07.2018

Baki, FinanceTime. Dövlət bankı Azər Türk Bank fəaliyyətinin 23 illiyi münasibətilə hüquqi şəxs və fərdi sahibkarlar üçün xidmət və məhsullar üzrə “Biznesiniz əlavə xərclərsiz!” adlı güzəşt kampaniyasına başlayıb.

Kampaniya ərzində Azər Türk Bankla əməkdaşlığa başlayan təşkilatlara, işçiləri üçün, üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcək və ilk məvacibin köçürülməsi zamanı komissiya tutulmayacaqdır. Qeyd edək ki, Azər Türk Bankın müştəriləri əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz tutulmur.

Kampaniya dövründə cari hesabların açılması üçün ödəniş tələb olunmayacaq.

Bundan əlavə, Bank hüquqi şəxs olan müştərilərinə üçillik xidmət müddətli MasterCard Business ödəniş kartı, fərdi sahibkarlara Sahibkar Kartı hədiyyə edir.

Kampaniyanın müddəti 9 sentyabrda bitir.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Eləcə də, artıq bankla Whats App vasitəsilə də əlaqə saxlamaq mümkündür - (055) 7770-945


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment