1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Türk Hava Yolları” və “Neftçi” PFK arasında əməkdaşlığa dair müqavilə imzalanıb
10.07.2018

Baki, FinanceTime. Bakı Olimpiya Stadionunda dünyanın ən çox ölkəsi və beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti və Azərbaycanın ən qədim futbol klublarından biri sayılan “Neftçi” futbol klubu arasında brend əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

İmzalanma mərasimində çıxış edən “Türk Hava Yolları”nın Bakı ofisinin rəhbəri Seyfullah İlyas tərəflər arasında imzalanmış müqavilənin əhəmiyyətindən danışıb və bildirib: “Biz “Türk Hava Yolları” olaraq hər zaman iki qardaş ölkə arasında mövcud olan sıx münasibətləri dəstəkləmişik, bu anlaşma da bunun daha bir bariz nümunəsidir və Azərbaycan və Türkiyə dövlətləri arasında dostluğu əks etdirir. Azərbaycan “Türk Hava Yolları” üçün sadəcə bir təyinat nöqtəsi deyil, biz ölkəmizə qarşı hiss etdiyimiz məsuliyyətin eynisini qardaş olkə olan Azərbaycan üçün də hiss edirik və bütün qəlbimizlə burada idmanın gələcəyinə inanırıq. “Neftçi” futbol klubu ilə imzaladığımız bu anlaşma sayəsində Azərbaycan futbolunun Türkiyə və bütün dünyada bir qədər də tanınmasından məmnunuq”.

“Türk Hava Yolları” ilə əməkdaşlıq “Neftçi” futbol klubunun tarixi və ümumilikdə bütün Azərbaycan futbol klubları üçün ilk qlobal sponsorluq hadisəsidir. Qlobal idman sponsorluqları ilə tanınan “Türk Hava Yolları” şirkəti “Neftçi” klubnunun parlaq gələcəyinə inanır və Azərbaycanda gənclər arasında futbolun təbliğinə və peşəkar futbola marağın artırılmasını dəstəkləyəcək.

İmzalanmış müqaviləyə əsasən, “Neftçi”nin oyunçuları “Türk Hava Yolları”nın loqosunun yer aldığı məşq formaları geyinəcək, bütün rəqəmsal kanallar isə “Türk Hava Yolları” haqqında məlumatlarla bölüşəcəklər. Bundan başqa, “Türk Hava Yolları”nın loqosu reklam bannerləri, biletlər və dəvətnamələrin üzərində yerləşdiriləcək. Hər iki tərəf üçün brendin inkişaf etdirilməsinə yönəldilən bu müqavilə əhatə dövrü ərzində yeni qarşılıqlı iş fəaliyyətlərinə açıq olcaq.

İdmanın müxtəlif millətlərdən olan insanları birləşdirmə gücünə və ilhamlandırılmasına inanan “Türk Hava Yolları” yerli və qlobal səviyyələrdə futbol, basketbol, reqbi və qolf kimi idman növlərini dəstəkləyir.

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 304 istiqamət üzrə uçuşlar yerinə yetirən (255 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də Facebook, Twitter, YouTube, LinkedInInstagram.səhifələrində əldə edə bilərsiniz.

 

 

“Neftçi” PFK haqqında:

“Neftçi” Peşəkar Futbol Klubu 1937-ci ildə yaradılıb. 1991-ci ilədək SSRİ çempionatlarında çıxış edib. 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-ci ildən Azərbaycan çempionatlarında çıxış edir. Ölkə çempionatının (1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013), kubokunun (1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014) və Super kubokunun (1993, 1995) qalibidir. 2012/2013 mövsümündə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment