|
|
|
Lizinq | | | «Aqrolizinq» bu il kənd təsərrüfatı istehsalçılarına 27,5 mln. manatlıq texnika verib |
18.10.2012 | |
| |
Bu ilin 9 ayı ərzində Azərbaycanın «Aqrolizinq» ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 27,5 mln. manat dəyərində müxtəlif növ texnika təqdim edilib.
Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə 639 ədəd müxtəlif növ traktor, 637 ədəd kotan, 146 ədəd səpici aqreqat, 121 ədəd otbiçən, 83 ədəd çiləyici və tozlayıcı maşınlar, 48 ədəd taxılyığan kombayn, 32 ədəd bağarası frez, 26 ədəd gübrəsəpən maşın, 23 ədəd ot dırmıqları və 121 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və verilib.
www.apa.az
|
|
|
|