1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Excelsior otel oruc tutan insanlar üçün xüsusi rejimdə işləyir
18.05.2018

"Excelsior Hotel & Spa Baku” otelinin “Belvedere” restoranı oruc tutan insanlar üçün xüsusi rejimdə işləyəcək.

Baki, FinanceTime. Otelin Qida və içkilər departamentinin meneceri Vüqar Məmmədov məlumat verib ki, 5 iş günü restoranda saat 12.00-dan 15.00-a qədər biznes nahar verilir: "Ramazan ayı ilə əlaqədar oruc tutan müştərilərimizi də nəzərə aldıq və iftar vaxtına biznes-naharı saldıq. Yəni iftar vaxtı qonaqlarımız gəlib oruclarını aça bilərlər. Qeyd edim ki, bir nəfər üçün qiymət 19 manatdır. Günorta verdiyimiz biznes-nahar həftənin 5 iş günü olacaq, amma ötən ildən fərqli olaraq, bu dəfə şənbə-bazar da daxil olmaqla, Ramazan ayı bitənə qədər hər gün bu restoranda açıq bufet iftar yeməyi təqdim olunacaq".

V.Məmmədovun sözlərinə görə, iftar süfrəsinə zəngin salat süfrəsi, şirniyyat, müxtəlif meyvə şirələri, çay, ana yeməklər, qazan yeməkləri və suplar daxildir.

İftar süfrəsinə gəlmək istəyən oruc tutan insanlar otelin 496 80 00 nömrəsinə zəng vuraraq yer rezerv edə bilərlər. Allah oruc tutan insanların orucunu qəbul eləsin.

V.Məmmədov əlavə edib ki, daim öz müştərilərinin rahatlığını düşünən “Excelsior Hotel & Spa Baku” oteli qonaqlarına nəqliyyat xidməti göstərir. Oteldə keçirilən tədbirlərə, biznes nahara iştirakçıların və qonaqların rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel & Spa Baku” otelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel & Spa Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Allah oruc tutan insanların orucunu qəbul eləsin. Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment