1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank "Mobil elektron imza" layihəsini təqdim edib
08.05.2018

Baki, FinanceTime. Kapital Bank Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsi təqdim edib. 7 may 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə Kapital Bank arasında reallaşan "Mobil elektron imza" layihəsinin təqdimatı keçirilib.Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.

Təqdimat mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya inzibatçısı Nahid Zeynalov və Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov, həmçinin Məlumat Hesablama Mərkəzinin Marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov,Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov və digər qonaqlar iştirak edirdi.

“Ötən ilin sonunda Kapital Bank-ın Müşahidə Şurası tərəfindən bankın 2018-2020-ci illər ərzində həyata keçəcək strateji planı təsdiqləndi. Strateji hədəflərdən ən mühümü rəqəmsal bankçılığa keçid ilə bağlı idi. İlin əvvəlində yeni BirBank tətbiqini müştərilərin ixtiyarı verdik. İlin sonunadək isə rəqəmsal filialımızın açılışını etməyi planlaşdırırıq. Bu hün təqdim edilən bu yenilik də rəqəmsal bankçılığa keçidin bariz nümunəsidir”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya inzibatçısı Nahid Zeynalov bildirib.

Qeyd edək ki, "Mobil elektron imza" layihəsi çərçivəsində Kapital Bank-ın müştəriləri qısa müddət ərzində "Mobil elektron imza" sertifikatlarına sahib ola biləcəklər. Belə ki, bankın səlahiyyətli əməkdaşı müştərini 5 dəqiqə ərzində mobil elektron imza ilə təmin edəcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment