1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft” kibertəhlükələrə qarşı yeni alətlər təqdim edib
04.05.2018

“Microsoft” korporasiyası -kibertəhlükələrə qarşı mübarizədə təşkilatlara kömək edəcək əşyaların interneti cihazlarının təhlükəsizliyini təmin etmək məqsədilə innovasiya həllini, təhlükələrin əqli analitika sistemini və “Microsoft 365”-də genişləndirilmiş müdafiəni təqdim edib.

Baki, FinanceTime.  “Microsoft” korporasiyası məlumatları və korporativ şəbəkələri daha ciddimüasir təhlükələrdən qorumaq, eləcə də, əşyaların interneti (“InternetofThings” –IoT) cihazlarına yönəlmiş zərərverici proqram təminatının yeni növləri ilə mübarizə aparmaq məqsədilə yeni əqli alətlər hazırlayıb. “Microsoft”un məqsədi – buluddan son cihazadək kompleks müdafiəni təmin etmək üçün kibertəhlükəsizlik ekosistemini inkişaf etdirməkdir.:.

Yeni nəsil cihazlarının təhlükəsizliyini təmin etmək məqsədilə “Microsoft”–mikrokontrollerlər bazası əsasında “ağıllı” periferiyanın yüksək səviyyədə qorunan cihazları ilə həllərin yaradılması üçün bu sahədə ilk kompleks platforma olan “Azure Sphere”ni təqdim edir.Platformaya tamamilə yeni sinfə aid, əvvəlkindən 5 dəfə güclü olan mikrokontrollerlər,IoT sistemlərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi əməliyyat sistemi, həmçinin bütün “Azure Sfera” cihazları üçün “açar təslimi” bulud müdafiə xidməti daxildir. “Azure Sfera” sayəsində “Microsoft” korporasiyası "ağıllı" periferiya sərhədlərini genişləndirərək cihazların tamamilə yeni kateqoriyalı cihazların məhsuldarlığını və təhlükəsizliyini təmin edir.

“Ötən ilin dağıdıcı kiberhücumları göstərdi ki, təhlükəsizlik təhdidləri inkişaf edirək daha da ciddi xarakter alır. Texnologiyalar sektoruinnovasiyalar vasitəsiləbu təhdidlərinönünə keçməsiüçün böyük səy göstərməlidir. Bugünkü addımlarnəinki buludda, eləcə də qlobal kompüter şəbəkələri sərhədlərində fəaliyyət göstərən milyardlarla yeni cihazlarda təhlükəsizlik sahəsində mühüm nailiyyətləri əlçatan edir”, - deyə “Microsoft”un prezidenti və baş hüquq məsləhətçisi Bred Smit bildirib.

Təhdidləri dərhal aşkar etmək və onlara operativ şəkildə reaksiya vermək üçün istifadə olunan əqli alətlər və məlumat bazaları müvafiq siqnalların əlavə edilməsi ilə təkmilləşdirilir. Maşın təlimi alətlərinin effektivliyi onların əldə etdiyi məlumatların keyfiyyətindən asılıdır. “Microsoft”un təhlükəsizlik həlləri “Microsoft Intelligent Security Graph”a daxil olan trilyon müxtəlif siqnalların emalınınnəticələrindən istifadə edir.

Təhlükəsizlik alətlərinin böyük hissəsi daha miqyaslı potensial təhdidin yalnız bir fraqmenti barədə məlumat verərək hücum barədə qərarı məhdud nöqteyi-nəzərdən qəbul edir.

“Intelligent Security Graph”daayrı-ayrı alətləri birləşdirməklə təhlükəsizlik üzrə mütəxəssislər məlumatların daha məzmunlu modellərini əldə edəcəklər ki, bu da təhdidlərin daha sürətlibir aşkar edilməsinə və onlara reaksiya göstərilməsinə imkan yaradacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment