1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Palatada Strateji Yol Xəritələri ilə bağlı növbəti aylıq iclas keçirilib
03.05.2018

Baki, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata)  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.

Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı müəyyən edilmiş Palatanın daxili Əməliyyat Planında icrası aprel ayında tamamlanan və may ayında icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Yol Xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində görülmüş işlər barədə danışılarkən qeyd olunub ki, Palata tərəfindən hazırlanmış “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun layihəsininhazırda banklar, xidmət mərkəzləri, beynəlxalq kart təşkilatları və aidiyyəti beynəlxalq maliyyə təşkilatları ilə müzakirəsiaparılır.

Bundan əlavə, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə alətlərinin istifadəsinin genişləndirilməsi,maliyyə xidmətləri sektorunda hesabatlılığın şəffaflığının artırılması, tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə görülmüş işlər müzakirə edilib.Qeyd olunub ki, sadalanmış istiqamətlər üzrə şəffaflığın və peşəkarlığın artırılması məqsədilə Palata beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.

Eyni zamanda, iclasda qiymətli kağızlar bazarının beynəlxalq bazarlara inteqrasiyanın təmin edilməsi məqsədilə Palata tərəfindən qiymətli kağızlar bazarlarında qlobal standartları müəyyən edən “IOSCO”  beynəlxalq təşkilatına üzvlük üzrə araşdırmalar aparıldığı və assosiativ üzvlüklə bağlı ilkin müraciət edildiyi bildirilib. Palatanın “IOSCO”ya üzvlüyünün təmin edilməsi qiymətli kağızlar bazarında tənzimləmə, nəzarət, investorların hüquqlarının müdafiəsi və bazarda şəffaflığın və effektivliyin təmin edilməsi üzrə beynəlxalq standartların tətbiqinə töhfə verəcəkdir.

İclasın yekununda növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment