1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta”nın keçirdiyi aksiyaya 300-ə yaxın iştirakçı qatılıb
25.04.2018

Baki, FinanceTime. Azərbaycan sığorta bazarının ən dinamik şirkəti olan “Qala Sığorta” ASC-nin 20 mart tarixindən başladığı “KASKO FUTBOL ÇEMPİONATI” adlı aksiyası başa çatıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə,20 mart-20 aprel tarixindəGənclik Mall Ticarət Mərkəzində keçirilənaksiyaya 300-ə yaxın iştirakçıqatılıb. Aksiya çərçivəsində çempionatın qaliblərinə “Qala Sığorta”danmüxtəlif maraqlıhədiyyələr, eləcə də avtomobilini sığortalayan qalibə 20% endirim etməklə  “avtomobillərin kasko sığortası” məhsulu və maxi.az mağazasından 50 AZN-lik hədiyyə kuponu təqdim olunub.

Qeyd edək ki, bu aksiyanın keçirilməsində əsas məqsəd ticarət mərkəzinə gəlmiş insanların bayram əhval ruhiyyəsinə müsbət emosiyalar qatmaqla yanaşı kasko və həyat sığortası haqqında maariflənmə işi apararaq cəmiyyətin sığorta sahəsində bilik və savadlılığını daha da artırmaq olub.

Xatırladaq ki,şərtlərə görə oyunda sürücülük vəsiqəsi və avtomobili olan bütün şəxslər iştirak edib.İki iştirakçıdan ibarətfutbol oyunu 2 dəqiqə davam edib. Futbol meydançasında “futbolçuları”xüsusi olaraq hazırlanmış uzaqdan idarə edilən oyuncaq avtomobillər əvəz edib.

Bununla yanaşı, aksiya çərçivəsində “Qala Həyat” sığorta şirkəti tərəfindən güzəştli şərtlərlə hazırlanmış xüsusi həyat sığortası məhsulu da təklif olunub. Müştərilər promo-stendə yaxınlaşmaqla həyat sığortası məhsulu haqqında geniş məlumat əldə ediblər. Aksiya zamanı yeni hazırlanmışhəyat sığortası üzrə paket məhsulu ilə bağlı məlumatlandırıcı bukletlər də paylanılıb.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment