1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının görüşü keçirildi
12.04.2018

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının görüşü keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və Müşahidə Şurasının üzvü olan sığorta şirkətləri və təkrarsığorta şirkətinin rəhbər şəxsləri iştirak edib. Görüş zamanı Mustafa Abbasbəyli ASA-nın 2018-ci ilin 1-ci rübü üzrə fəaliyyəti barədə qısa məlumat verib və daha sonra ASA-ya üzvlük üçün müraciət edən sığorta brokinqi fəaliyyəti ilə məşğul olan şirkətlərin - “Caspian İnternational Broukinq” və “AS Prof” MMC-nin üzvlüyü məsələsi müzakirə edilərək səsvermə nəticəsində üzvlüyə qəbul olunub.

Görüşdə Azərbaycan Sığortaçılar Forumu və Maliyyə sərgisinin keçirilməsi ilə bağlı məsələ geniş müzakirələrə səbəb olub. Mustafa Abbasbəyli Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə maliyyə sərgisinin keçirilməsi niyyətində olduğunu bəyan edib. Bu sərgidə məqsəd maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, burada təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarət olduğunu bildirib.Mustafa Abbasbəyli qeyd edib ki, Maliyyə sərgisi keçirilən günlərdə Azərbaycan Sığortaçılar Forumunun da keçirilməsi nəzərdə tutulmuşdur.

Nəzərinizə çatdırmaq istərdik ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır. “A-Group Sığorta” ASC, “Azsığorta” ASC, “Atəşgah Sığorta” ASC, “AXA MBASK Sığorta” ASC, Azərbaycan Dövlət Sığorta Şirkəti, “AzRe Təkrarsığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına daxil olan sığorta və təkrarsığorta şirkətləridir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment