Baki, FinanceTime. 14 mart 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50101167S dövlət qeydiyyat nömrəli,200 mln manat həcmində,28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 22 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 26 sifariş təqdim edilmişdir.Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 039 240 500,00AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 000000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 11.04.2018